Makron söz azadlığına qarşı - FRANSA DEMOKRATİYADAN UZAQLAŞIR

Söz azadlığının Fransada mövcudluğunu daim nümunə kimi təqdir edən prezident Makron özünə qarşı ünvanlanmış fikirlərə dözümsüzlük nümayiş etdirib. Bu yaxınlarda özü tərəfindən imzalanan qanuna istinad edən Emanuel onu Hitlerə bənzədən şəxsə qarşı məhkəmə iddiası qaldırıb.

Məhəmməd peyğəmbərə qarşı təhqiramiz karikaturalar çəkənlərə etiraz edən şəxslərə, qurumlara "ifadə azadlığı"dır deyib hadisələri bir az daha qızışdıran Fransa hökuməti digər bir hadisədə prezident Emmanuel Makronu Adolf Hitlerə bənzədən və posterlərini asan Mişel-Anqe Floridən şikayət edilməsini qeyri-normal qarşılayır, bunun təhqir olduğunu düşünür.

Paris şəhərində fəaliyyət göstərən hüquq firması tərəfindən Fransanın cənubundakı Var əyalətinin Toulon və Seyne-sur-Mer şəhərlərində yolda yerləşdirilən posterdə Makronun faşist geyimində fotosu təsvir olunub. Fotoşop vasitəsilə Hitlerə bənzədilən Fransa prezidentinin fotosu üzərində "İtaət edin, aşılanın!" yazılıb. Həmin ifadəni yazan və afişaları hazırlayan Flori bundan sonra Maktonun təqibinə məruz qalıb və sonra məhkəməyə cəlb olunub.

Makronun göstərişi əsasında Florinin bu gün Tulon Prokurorluğunda "Prezidentin kütlə qarşısında təhqir edilməsi" ittihamı ilə ifadə verməsi gözlənilir.

Bəs bu fotonun yaranmasına səbəb nədir? Məlum olub ki, Makron bəzi peşə sahibləri üçün yeni növ koronavirusa (Covid-19) qarşı məcburi peyvənd siyasəti haqqında fərman imzalayıb. Sağlamlıq lisenziyasının tətbiqi barədə anormal qərarından sonra Fransa prezidenti sərt tənqid olunurdu. İyulun 26-da parlament tərəfindən qəbul edilən qanun xəstəxana və qocalar evi işçiləri və yanğınsöndürənlərə "Covid-19" peyvəndi öhdəliyi qoyur. Qanun müəyyən məkanların girişində "Covid-19" peyvəndinin sənədləşdirilməsini, son 48 saatda edilən testin mənfi nəticəsini və ya xəstəliyin tutulduğunu və sağaldığını sübut edən pasportu təqdim etməyi tələb edir. Kafelərdə, restoranlarda olduğu kimi, son 6 ayda ictimai nəqliyyatda və 50-dən çox adam tutumlu qapalı məkanlarda və əyləncə yerlərində bu qanun məcburi hala gətirib.

Mübahisəli qanun layihəsi "sağlamlıq diktaturası" olaraq xarakterizə edilib və rəsmi məlumatlara görə, 160.000 -dən çox insanın iştirakı ilə 25 iyul tarixində Fransanın hər yerində etiraz aksiyaları keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə