“Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır” Məşhur Məmmədov
“Bu tezis hər zaman səsləndirlir ki, “Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır”. Məhz bu gün Azərbaycan Prezidentinin apardığı uğurlu siyasi kurs sayəsində ölkəmiz Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşa çevrilib, Avropa İttifaqı və quruma üz dövlətlərlə qarşılıqlı faydalı münasibətlər qurub. Bu əlaqələr uzun illər ərzində genişləndirilib və daha da möhkəmləndirilib. Hesab edirəm ki, məhz möhtərəm Prezidentimizin apardığı uğurlu siyasi kurs sayəsində ölkəmiz Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşa çevrilib. Elə iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirilən mətbuat konfransında da bir daha vurğulandı ki, Azərbaycan Avropanın etibarlı enerji təchizatçısıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Məşhur Məmmədov deyib.
Məşhur Məmmədov Prezident İlham Əliyev cənablarının mətbuat konfransında Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu regional və qlobal layihələrin Avropa üçün xüsusi əhəmiyyətə malik olması ilə yanaşı, Avropaya enerji tədarükünün şaxələndirilməsində ölkəmizin rolunu da qeyd edib: "Dövlətimizin başçısı bildirib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir və Azərbaycan Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Artıq 15 ildir ki, Azərbaycanın Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısı olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: “İndi sözsüz ki, qaz təchizatçısı kimi bizim potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir”.
Millət vəkili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfərini və səsləndirilən bəyanatların İttifaqla ölkəmiz arasında əlaqələrin inkişafında yeni səhifə açıldığını və ikitərəfli əlaqələrin inkişaf perspektivlərini düzgün qiymətləndirilməsidir: "Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə bağlı danışması bunu bir daha təsdiqlədi. Xüsusilə, Qarabağ münaqişəsinin həlli tərəflər arasında əməkdaşlığı dərinləşdirmək üçün yaxşı iqtisadi imkanlar yaratmaqla, azad edilmiş ərazilərin xarici sərmayədarlar üçün bir çox sahələr üzrə - bərpa olunan enerji mənbələri, aqrar, turizm də daxil olmaqla cəlbediciliyi artmaqdadır. Ermənistanın isə heç bir halda bu prosesə mane olmaq potensialı qalmayıb. Digər bir məqama isə, Avropa İttifaqı Şurasının Prezidentinin çıxışında güclü və inkişaf edən Azərbaycanın dövlət olduğunu və 44 günlük hərbi əməliyyatlar nəticəsində regionda yeni reallıqlar yaratdığını, “Dağlıq Qarabağ”, “status” və bu kimi digər ifadələr işlətməməsinə Avropa İttifaqının rəsmi mövqeyini ifadə etməsidir. Bu isə, bir daha göstərir ki, Avropa İttifaqının Azərbaycanla münasibətləri tamamilə başqa istiqamətdə, qarşılıqlı tərəfdaşlıq müstəvisində qurulur. Bir sözlə, Azərbaycan Avropa İttifaqı ilə əsas strateji tərəfdaş ölkədir və Azərbaycan nəinki Avropada, bütün dünyada öz sözü olan ölkə kimi qəbul edilir".
"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə Azərbaycan Prezidenti İlham Əliyevin birgə mətbuat konfransında Avropa İttifaqına dayanıqlı sülhün təmin olunduğu, sabit və təhlükəsiz Cənubi Qafqaz regionu lazımdır”, - deyən millət vəkili vurğulayıb ki, mətbuat konfransında dövlət başçımız bu məsələyə toxunaraq bildirdi ki, Azərbaycan uzun müddət davam edən münaqişəyə son qoydu və özü də BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi: “Münaqişə bitib, indi sülh barədə düşünməyin vaxtıdır. Bölgədəki yaranan yeni vəziyyətlə bağlı planlarımızı, təşəbbüslərimizi və yanaşmalarımızı müzakirə etdik». Həmçinin, Prezident İlham Əliyev Azərbaycanın artıq nəqliyyat şəbəkəsini şaxələndirdiyini də vurğulayıb: "Bölgədəki bütün kommunikasiyaların açılması paralel olaraq həyata keçirilməlidir. Bu, Ermənistana Rusiya və İranla dəmir yolu əlaqəsi qurmağa imkan verəcək, Azərbaycan üçün bu, Naxçıvan Muxtar Respublikasına əlavə marşrut verəcək. Bölgədə 4 ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə - bu yanaşmanı dəstəkləyir, Ermənistanın da buna müsbət reaksiyasını gözləyirik, amma bu yanaşma seçici olmamalıdır. Mən dediyim kimi, bütün kommunikasiyala,r eyni zamanda, açıq olmalıdır və bu baxımdan, heç bir problem olmamalıdır. Bundan sonra bölgədəki sabitlik və təhlükəsizlik onsuz da bir gerçəkliyə çevriləcək və bu, tam olaraq istədiyimiz məsələdir".
Məşhur Məmmədov bildirib ki, işğalçı Ermənistan və onun himayədarları bilməlidirlər ki, Azərbaycan xalqı güclü, qürurlu xalqdır və dövlət başçımızın “Dəmir yumruq" siyasətinin gücü ilə Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır - Azərbaycana aid olması İkinci Vətən müharibəsi nəticəsində 44 gün ərzində sübuta yetirildi. Prezident İlham Əliyev cənablarının dediyi kimi, artıq sülh vaxtıdır. Dayanıqlı sülhü rifah, sabitlik və təhlükəsizlik məqsədilə reallığa çevirmək üçün bütün tərəflər, o cümlədən Ermənistan da götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.
Millət vəkili onu da deyib ki, Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycana səfəri həm də yaxşı siyasi fürsət kimi dəyərləndirmək olar: "Səfər zamanı Avropa İttifaqının Azərbaycanla münasibətlərin düzgün qurulmasını və əlaqələri müsbət istiqamətdə inkişaf etdirməyi daha üstün tutmasına şahidlik etdik. Şarl Mişelin ölkəmizin regionlarına səfəri çərçivəsində Şamaxı Cümə məscidini ziyarət etməsi Avropa İttifaqı Prezidentinin Azərbaycan xalqının milli–mənəvi dəyərlərinə, dinimizə hörmətinin göstəricisidir”. «Bir sözlə, Bir sözlə, Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycana səfəri ölkəmizin Aİ-yə üzv dövlətlərlə münasibətlərinin dərinləşməsinə töhfə verəcək. Dövlət başçımızın dediyi kimi: «Bu gün biz Prezident Şarl Mişel ilə əməkdaşlığımız, planlarımız, nailiyyətlərimiz barədə çox səmərəli, uzun müzakirələr apardıq. Düşünürəm ki, Prezident Şarl Mişelin Azərbaycana səfəri bizim tərəfdaşlığımızın yaxşı göstərcisidir”. Və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır və yaradacaq”,- deyə millət vəkili Məşhur Məmmədov vurğulayıb.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB