Paytaxtda COVID-19 səbəbiylə sərt məhdudiyyətlər TƏTBİQ EDİLİR

Paytaxtda COVID-19 səbəbiylə sərt məhdudiyyətlər TƏTBİQ EDİLİR

Vyetnamın paytaxtı Hanoya səlahiyyətliləri, 13 iyuldan etibarən iaşə yerləri də daxil olmaqla, bərbərxanalar və gözəllik salonlarını bağlamaqla sərt məhdudiyyətləri yenidən tətbiq edirlər. SİA xəbər verir ki, bu barədə Vietnam News bazar ertəsi günü məlumat yayıb.

Məlumatda qeyd olunur ki, məhdudiyyətlərin tətbiq edilməsinin səbəbi, paytaxtda infeksiya riski yüksək olan və sakinlər tərəfindən epidemioloji təhlükəsizlik tədbirlərinə kifayət qədər əməl olunmayan rayon sakinlərindən infeksiyanın ötürülməsi səbəbindən Hanoyada koronavirus infeksiyası hallarının artmasıdır.
Qeyd olunur ki, iyulun 13-dən etibarən bərbərxanalar, gözəllik salonları bağlanacaq, hazır yeməklər isə çatdırılma xidməti ilə müştərilərə satıla biləcək və qalan bütün müəssisələr də bağlanacaq.

Nəşr xəbər verir ki, şəhərdə ictimai yerlərdə bədən tərbiyəsi və açıq idman növləri ilə bağlı qadağalar davam edir və sənaye binaları, məktəblər xaricində 10-dan çox insanın toplanmasına qadağa qoyulur. Həmçinin deyilir ki, iaşə müəssisələrinin bağlanması, əvvəlki qapanmanın qismən açılmasından və 20% səviyyəsində açılmasına və xidmət göstərilməsinə icazə verilməsindən cəmi bir həftə sonra baş verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə