“Azərbaycan-Türkiyə-Gürcüstan birgə təlimləri..." - HƏRBİ EKSPERT AÇIQLADI

“Azərbaycan-Türkiyə-Gürcüstan birgə təlimləri..." - HƏRBİ EKSPERT AÇIQLADI

“Azərbaycan-Türkiyə-Gürcüstan təlimləri artıq ənənəvi xarakter daşıyır. Hər il bu təlimlər keçirilir və bu təlimlərin keçirilməsinin göstəricisi odur ki, 3 ölkənin münasibətləri yaxındır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, digər tərəfdən bütün bu təlimlərin keçirilməsi Azərbaycanın da, Türkiyənin də, Gürcüstanın da regionda sülhü, sabitliyi qorumaq məqsədi daşıyır: “Təbii ki, dünyada cərəyan edən terrorçuluqla mübarizə tədbirləri və terrorçuluğun aktivliyini müşahidə edirik. Əlbəttə bu təlimlər də anti-terror əməliyyatları ilə bağlı və yaxud terrorçuluğa qarşı tədbirlərlə bağlı olacaqdır. Digər tərəfdən də Azərbaycan-Türkiyə-Gürcüstan ərazisindən enerji proyektləri, enerji kolidorları keçir. Düşünürəm ki, bu təlimlər planı öz mühüm rolunu oynayacaq. Bu təlim Zəfər qələbəsindən sonra keçirilən ilk üçtərəfli birgə hərbi təlimdir. Döyüş təcrübəsi qazanmış hərbiçilərimizin təlimdə iştirak edərək öz bacarıqlarını, təcrübələrini digər təlim iştirakçıları ilə bölüşmələri maraqlı olacaqdır”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə