"Güc göstərərək dialoq quranlar qarşılığını alacaq" - LAVROVDAN SƏRT CAVAB
Rusiya xarici işlər naziri Sergey Lavrov İndoneziyanın "Rakyat Merdeka" qəzetinə müsahibə verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sergey Lavrov qeyd edib ki, güc nümayiş etdirənlərə qarşı sərt cavab verəcəyik.
Sergey Lavrov bildirib ki, güc nümayiş etdirərək dialoq qurmağa çalışmasınlar: “Əks təqdirdə bu hərəkətlərə qətiyyətlə və sərt bir şəkildə cavab verməli olacağıq. Bu şəkildə olan dialoq cəhdləri uğursuzluğa aparacaq. Rusiya lideri Putin Cenevrədəki sammitdə açıq şəkildə fikirlərini bildirdi ki, bütün sahələrdə nəticə əldə etmək yalnız bərabərlik prinsipi əsasında qarşılıqlı maraqlar tarazlığı ilə əldə edildikdə mümkündür. İclas zamanı buna etiraz yox idi".
Müəllif: Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB