Yaxud Vətənə qarşı xəyanət edən xalq heç zaman bağışlamır
Hər şey aşkardır. Məqsəd də, niyyət də... Bir də rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir. Və son günlər Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmentində Azərbaycanla bağlı məlumatlar yayılarkən “etibarlı mənbə” kimi Arif Məmmədova istinad edilir. O iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır. Ancaq bu, xaincəsinə deyilmiş fikirlərin yanlış olduğunu sübuta yetirməyə ehtiyac yoxdur.
Budur, çörəyi dizinin üstündə olmaq. Dünən qədər səfir işlədiyi vaxt dedikləri, bugünkü çıxışlarında həqiqətə uyğun olmayan, Azərbaycana qarşı qarayaxma kampaniyasına işləyən fikirləri. 2000-ci ildə Arif Məmmədov Belçikanın Brüssel şəhərində yerləşən Azərbaycan Respublikasının Avropa İttifaqındakı daimi nümayəndəliyinin rəhbəri oldu. O, 2006-cı ilədək bu vəzifədə çalışıb. Eyni zamanda o, 2004-2006-cı illərdə Azərbaycanın Belçika, Niderland və Lüksenburqdakı səfiri olub. Elə bu çörəyi dizinin üstündə olan Arif Məmmədov 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Azərbaycan Respublikasının Avropa Şurasındakı Daimi Nümayəndəliyinin rəhbəri işləyib. 2015-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyev onun “fövqəladə və səlahiyyətli səfir” diplomatik rütbəsindən məhrum edilməsi barədə sərəncam verdikdən sonra Azərbaycana qarşı dayanmadan böhtanlar yağdırmağa başlayıb. Dövlətə külli miqdarda ziyan vuran, büdcə vəsaitlərinin qanunsuz istifadə edən A.Məmmədov hansı əsasla belə çıxış edir? Çünki A.Məmmədov ermənilərlə əlbirdir. O, Azərbaycan xalqına qarşı ermənisayağı nifrət bəsləyir, Azərbaycanın son 18 ildə əldə etdiyi, xüsusilə də ölkəmizin Qalib Liderinin "Dəmir yumruq" siyasəti nəticəsində qazandığı Qələbədən qıcıqlanır və mənfur, qaniçən, qoca, uşaq və qadını qətlə yetirən, Xocalı soyqırımını törədən, Azərbaycan ərazilərini işğal edən, bir milyondan çox insanın yurd-yuvalarından didərgin düşməsinə səbəb olan erməniləri azərbaycanlılardan üstün tutduğunu açıq şəkildə bəyan edir. O iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır. Ancaq bu, xaincəsinə deyilmiş fikirlərin yanlış olduğunu sübuta yetirməyə ehtiyac yoxdur. Son günlər sosial şəbəkələrdə ermənilərin azərbaycanlılara hücumlarını əks etdirən görüntülər yayan A.Məmmədov özünü “ağıllı diplomat” kimi təqdim etməklə Azərbaycan xalqına, Azərbaycan hökumətinə qara yaxmaqla, xainliyini açıq-aşkar büruzə verməklə məşğuldur.
Çaqqallar ovlanmır, Arif Məmmədov!
Bax, budur A.Məmmədovun xisləti. Əsl həqiqətləri sivil formada dünyaya bəyan etmək imkanlarımız daha da genişləndiyi bir zamanda içimizdən çıxan xain A.Məmmədov kimilər erməni təəssübkeşliklərini ortaya qoyur və Azərbaycanın uğurlarına kölgə salmaqla, dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına qarşı çıxmaq istəyən qüvvələrə dəstək verməklə kimlərə "xidmət” etdiyini nümayiş etdirir. Xüsusilə də, son günlər işğalçıya, terrorçuya haqq qazandırmaqla, dünyanın gözü qarşısında baş verən hadisələrə görə Azərbaycanı ittiham etməklə əsl riyakarlığını bir daha ortaya qoyur. Bu məxluq xalqımızın haqq davasına qara yaxaraq, işğalçının cinayət əməllərinə haqq qazandırmaq kimi sərsəm fikirlər səsləndirməklə cinayətkarların etdiklərini Azərbaycanın üzərinə atmağa çalışır. Ancaq bu həqiqəti anlamaq lazımıdır ki, çaqqallar ovlanmır, Arif Məmmədov!
Ermənilər sosial şəbəkələrdə belələrini "qrant çaqqalları" adlandırırlar. İrəvanda yaşayan Qayane Hambarsumyan isə yazıb: "Çaqqallar oyanırlar, onlar iy alıblar. Biz ermənilər, doğrudan da, bədbəxt xalqıq, dərdlərimiz bundan sonra da tükənən deyil. Çünki biz belə əxlaqsız, mənəviyyatsızlara inanırıq, belə murdarlar adımızdan danışır, taleyimizi həll edirlər. Nə vaxtadək?!". Göründüyü kimi, Arif Məmmədov kimilər əxlaqsız, mənəviyyatsızlardır. Necə ola bilər ki, bir insan əzizlərini, yaxınlarını vəhşicəsinə qətlə yetirən, xalqına qarşı soyqırımı aktları həyata keçirən terrorçuya dəstək olsun?! İnsan nə dərəcədə xalqına, dövlərinə nifrət etməlidir ki, əli millətinin qanına batan erməni ilə həmrəy olsun?! Düşmən onlardan Azərbaycana qarşı silah kimi istifadə etdiyini bilə-bilə yenə də hər şeylərini qrantlara satmağa hazır olduqlarını bir daha nümayiş etdirirlər. Əgər belə olmasaydı, Ermənistanın işğalçılıq siyasətinə görə həmrəylik nümayiş etdirən, xaricdə səfirliklərimizi, bayrağımızı, milli qürurunu müdafiə edən, "Qarabağ" deyib orduya və dövlətə dəstəyini bildirən azərbaycanlılara xaincəsinə hücum etməzdilər. Azərbaycan xalqı əsl həqiqətlərə şahidlik etdi. Hər kəs gördü ki, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli kimi erməni süfrəsindən qidalananlar silahı bizə qarşı tuşlayıblar. Erməni lobbisi məhz bu üzdəniraqlar vasitəsilə azərbaycanlıları təhqir etdirirlər.
Bu səbəbdən də ehtiyatlı olmalıyıq. Hər bir azərbaycanlı bilməlidir ki, düşmənimiz ermənilərdirsə, içimizdə onlardan geri qalmayan düşmənlərimiz də var. Onlardan istənilən zaman bizə qarşı silah kimi istifadə edirlər. Ermənilərdən də pisdirlər.
Amerikalı yazıçı Paul Austerin xəyanətkar və satqınlar haqqında gözəl bir fikri var: “Sənə bir dəfə xəyanət edəni bağışlasan, səni yenə istifadə edər. Çünki xəyanət bir ruh halı deyil, xarakterin tökülüş formasıdır”. Yəni bir dəfə xəyanət edən bunu davamlı etməyə artıq öyrənir. Ona görə də xəyanətkara cinsindən asılı olmayaraq, şərəfsiz deyilir. Azərbaycan cəmiyyəti artıq son illərdə bu şərəfsizin və buna bənzər şərəfsizlərini simasını tanımaqdadır.
“Beşinci kolon” rolunda çıxış edən A.Məmmədov əlindən gələn hər şeyi edir ki, Avropa Şurasındakı azərbaycanlı parlamentariləri pis vəziyyətə salsın. Hətta Azərbaycana simpatiyası olmayan cənab Yaqland da onun hərəkətlərini təxribatçı və ya “sərsəmlik” kimi qəbul edirdi. Azərbaycana nifrət edən bu şəxslərin əsl üzü budur – “Vətən üçün pis olan, mənə faydalıdır”. Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və fəraridən başqa biri deyillər. Belələrini isə xalq heç vaxt bağışlamayacaq!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB