“Ermənistan hələ də xülyalarla yaşayır” -POLİTOLOQUN MARAQLI ŞƏRHİ

“Ermənistan hələ də xülyalarla yaşayır” -POLİTOLOQUN MARAQLI ŞƏRHİ

“Atəşkəsin Ermənistan tərəfindən pozulmasının bir neçə məqsədi ola bilər. Birincisi, məqsəd bu yeni yaradılan sərhəddə Azərbaycan Ordusunun mühəndis-istehkam işlərinin aparılmasının qarşısını almaqdır. İkincisi, niyyətləri bu gərginliyi saxlamaqla, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətinin çəkilməsidir. Üçüncüsü də, bu, böyük ehtimalla, yeni hakimiyyətin Ermənistan cəmiyyətinə bir mesajıdır ki, yəni o məlum videolar çıxandan sonra bu hakimiyyətin reytinqinə də ciddi təsir göstərmişdi və onlar hər vəchlə nümayiş etdirmək istəyirlər ki, Ermənistan Ordusu hələ də var və o, belə deyək ki, öz aləmində müqavimət göstərir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloq vurğulayıb ki, amma bütün bunlar, atəşkəsin pozulması, eyni zamanda üçtərəfli hökumətlərarası kamissiyanın işinin dondurulması, Ermənistandan gələn digər bəyənatlar da onu göstərir ki, Ermənistan hələ də bu konstruktivlikdən uzaq olan xülyalarla yaşayır.

“Azərbaycan buna, yəni ermənilərin atəşkəsi pozmasına təmkinlə yanaşır. Çünki, Ermənistanda seçkilər bitib, amma dayanıqlı bir hökumət formalaşmayıbdır. İndi yaxın iki həftə ərzində bu hökumətin formalaşma prosesi də yekunlaşacaqdər və ondan sonra daha konkret cavablar olacaqdır. Çünki, cənab Prezident də bildirmişdi ki, Azərbaycanın bu sülh müqaviləsi ilə əlaqədar verdiyi təklifə hələ Ermənistan tərəfindən cavab yoxdur. Artıq hökumət formalaşandan sonra bu cavabın nə cür olacağını biz görəcəyik və proseslərin konstruktiv, yaxid konfrontasiya yolu ilə gedişatı haqqında fikir irəli sürmək mümkün olacaqdır”, deyə Fərhad Məmmədli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə