Çavuşoğlu Lavrov görüşünün əsas mövzusu nə ola bilər? - EKSPERT AÇIQLADI
“Yaxın günlərdə Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlu ilə Rusiyanın XİN başçısı Sergey Lavrov arasında görüş keçriləcək. Təbii ki, bu görüş bir çox məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətli hesab edilə bilər. Həm dünyada, həm də regionda baş vermiş və baş verən proseslər, həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından görüşün keçrilməsi zəruri hesab edilə bilər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloq hesab edir ki, tərəflər arasında baş tutacaq görüşdə ikitərəfli münasibətlər, həmçinin Sputnik V vaksininin alışı və satışı, o cümlədən Türkiyədə istehsalı məsələsi müzakirə edilə bilər: “Eyni zamanda tərəflər arasında Cənubi Qafqazda, Ukraynada, Yaxın Şərqdə və Şimali Afrikada, xüsusilə də Suriyada və Liviyada baş verən proseslər və həmçinin Türkiyənin Mərkəzi Asiya və Əfqanstan siyasəti müzakirə edilə bilər”.
S.Hümbətovun sözlərinə görə, sözsüz ki, son zamanlar Türkiyənin Cənubi Qafqazda daha da fəallaşması Rusiyanı ciddi narahat edən məsələlərdən biri hesab edilə bilər: “Ona görə də hesab edirəm ki, tərəflər arasında Cənubi Qafqazın, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və süh prosesinə gediş, eyni zamanda 15 iyun 2021-ci ildə Türkiyə və Azərbaycan arasında imzalanmış “Şuşa bəyannaməsi” də müzakirə mövzusu ola bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB