"Azərbaycan və Türkiyə orduları arasında inteqrasiya güclənib" - HƏRBİ EKSPERT MÖVQE BİLDİRDİ
"Azərbaycan Silahlı Qüvvələrinin qarşısına qoyduğu məqsədlərdən biri yeni ordu formatının yaradılması və qarşıdakı beş il ərzində bütün hərbi strukturu, silah texnika parkını yeniləməkdən ibarətdir". Bunu SİA-ya açıqlamsında hərbi ekspert Ramil Məmmədli deyib.
Hərbi ekspert vurğulayıb ki, bu istiqamətdə iki qardaş ölkənin ordusu arasında hərbi texniki və hərbi taktiki əməkdaşlıq Azərbaycanın və Türkiyənin ordu birləşmələrinin inkişafına səbəb ola bilər: ""Mustafa Kamal Atatürk- 2021" təlimləri Azərbaycan və Türkiyə ordularının ənənəvi keçirdiyi təlimlərin tərkib hissəsidir. Əsasən quru qoşunlar səviyyəsində keçirilən təlimlərdə ordumuz hücum, əks-hücüm, həmlə taktikalarını məşq edəcəklər. Azərbaycan ordusunun şəxsi heyətinin, hərbi qulluqçularının peşəkarlığının daha da gücləndirilməsi və artırılması istiqamətində tədbirlər həyata keçiriləcək. Bu baxımdan bu cür təlimlərin həyata keçirilməsi vacibdir. Gələcəkdə bu iki ordunun birgə fəaliyyətinin daha çox şahidi olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB