Ərdoğan Putinlə Qarabağı müzakirə edib

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti zamanı Qarabağdakı vəziyyətə dair fikir mübadiləsi aparılıb. SİA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Danışıqlar zamanı tərəflər bölgədəki Rusiya–Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyətinə müsbət qiymət veriblər.

Bununla yanaşı, Rusiya lideri bugünlərdə Cenevrədə ABŞ prezidenti Co Baydenlə söhbəti barədə Ərdoğana məlumat verib. Söhbət zamanı Rusiya ilə Türkiyə arasında müxtəlif sahələrdəki əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə