"Erməni xalqı müharibəyə yox, sülhə səs verdi" - DEPUTAT ŞƏRH ETDİ
"Ermənistandakı erkən parlament seçkilərində Rusiya da müəyyən mənada erməni cəmiyyəti tərəfindən payını aldı və mövqelərində müəyyən zəifləmə oldu. Çünki, Koçaryanla Rusiya Federasiyasının rəhbərliyinin isti münasibətləri, Koçaryanın sevinərək namizədliyini verməsi və seçki kampaniyasında ağzına gələnləri çərənləməsi ilə Moskvanın dəstəyinə arxayın olurdu. Amma bu belə olmadı". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.
Onun sözlərinə görə, erməni xalqı müharibəyə yox, sülhə, əməkdaşlığa səs verdi: "Rusiya da bundan düzgün nəticə çıxartmalıdır ki, yəni, yenidən fitva verib, şirnikləndirici vədlərlə bunları nəyəsə hazırlamaq alınmayacaq. Çünki, Koçaryan şimalın namizədi olduğu kimi, Paşinyan da qərbin namizədidir. Yəni burada qərblə-şimal arasında müəyyən qarşıdurma, eyni zamanda ola bilər ki, qərbin müəyyən dairələri ilə Rusiya Paşinyanla bağlı gizli müəyyən razılaşma danışıqlarına gəlmişdilər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB