"Onlar düşmənçiliklərini davam etdirəcəklər" - HƏRBİ EKSPERT AÇIQLADI

"Onlar düşmənçiliklərini davam etdirəcəklər" - HƏRBİ EKSPERT AÇIQLADI

“Minaların təmizlənməsi ilə bağlı həm hərbi birləşmələr, həm də ANAMA fəaliyyət göstərir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi “filan ərazidə mina yoxdur” deyə həmin əraziyə getməyəcək: “Bütünlüklə ərazilərin hamısı tək-tək yoxlanılacaq. Sadəcə olaraq onların verdiyi xəritələr əsasında konkret olaraq həmin ərazilər tam olaraq müəyyənləşəcək. Hesab edirəm ki, Azərbaycan tərəfi minalanmış ərazilərin müəyyənləşdirilməsi məsələsində təkcə ermənilərin verdiyi xəritələr əsasında deyil, bütünlüklə öz əməliyyat axtarış işlərini davam etdirəcəklər”.

Ramil Məmmədli həmçinin qeyd edib ki, Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini verməməkdə müəyyən məqsədi var: Onlar düşmənçiliklərini, düşmən siyasətini davam etdirəcəklər. Bununla yanaşı Ermənistan qarşıda tutulan sülh müqaviləsində öz şərtlərini diqtə etmək istəyir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə