Hakimiyyətə gediriksə, gələcəkdən danışırıq, amma gedən hökumət isə keçmişdən danışır. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri, baş nazir postuna namizəd Robert Koçaryan bunu Sevan şəhərində keçirilən mitinqdə bəyan edib.
İkinci prezident, təhlükəsizlik, iqtisadiyyat və daxili çəkişmələr olmaqla, ölkənin üç hissəyə bölünə biləcək ciddi problemlərlə üzləşdiyini vurğulayıb.
“Seçim sadədir. Layiqli bir gələcək seçirik, yoxsa diz çökmüş bir həyat? İqtisadi bum və ya böhran, köç, işsizlik və yoxsulluq? Daxili həmrəylik, yoxsa nifrət və düşmənçilik? Tək bir hədəflə gedirik, nifrətdən imtina edirik, diz çökərək yaşamağı rədd edirik, bezmişik.
Məğlub olma kompleksini aşmalıyıq. Başqa vətənimiz yoxdur. Vətən yalnız yer deyil”, deyə Robert Koçaryan bildirib.
Diqqətə çatdıraq ki, Sevandakı bir mitinqlə "Ermənistan" bloku bölgələrdəki görüşlərin nəticələrini çıxardığını bildirir. Bu gün, 18 iyun, İrəvanda bir mitinq də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB