Vətəndaşın Paşinyana yaxınlaşmasına icazə verilmədi PAŞİNYAN DA ŞİLLƏLƏNMƏKDƏN QORXUR?

Nikol Paşinyan, Ermənistanın Lori bölgəsində təşviqat aparır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Spitak şəhərində, kampaniya zamanı vətəndaşlardan biri Nikol Paşinyana yaxınlaşmağa çalışsa da, ona icazə verilməyib.

“Onunla söhbətim var. Paşinyanı məlumatlandırmaq istəyirəm ki, Spitak orqanını bağlanılın, bina oğrulara və narkotik aludəçilərinə verilsin. Onsuz da burada orqan yoxdur. Hamısı oğru və quldurla əlaqəlidirlər. Oğurluq geniş yayılıb, gizlədilib və barələrində heç bir iş belə açılmayıb”, deyə Spitak sakini bildirib.

O, Paşinyana yaxınlaşmasına Polis məmurlarının icazə verməməsindən jurnalistlərə şikayətlənib.

"Ətrafdakı hər şeyi mühasirəyə alıblar", deyə Spitak sakini gileylənib.

Xatırladaq ki, Ermənistanda seçkilər yaxınlaşır və artıq bir neçə gündür ki, seçki kompaniyasına başlanılıb. Görünür bununla əlaqədar Paşinyan hər istiqamətdə səfər edir, təbliğatını aparmağa çalışır. Bununla belə, öz reytinqinin sıfır həddində və ona qarşı nifrət, intiqam hissinin ən yüksək səviyyədə olmasından ehtiyatlanır və buna görə də vətəndaşlar yaxına belə buraxılmır. Ola bilsin Paşinyan da Makron kimi şillələnməkdən qorxur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə