Əli Kərimlinin növbəti təxribatı - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan Respublikasının Konstitusiyasına görə, insanlar mitinqlər, küçə yürüşləri keçirə bilərlər. Yəni, aksiyaları keçirmək hər kəsin haqqıdır, o cümlədən də Əli Kərimlinin, Cəmil Həsənlinin və ya Arif Hacılının”. Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, indiki şəraitdə belə bir yürüşün, aksiyaların keçirilməsinin məqsədi tamamilə başqadır: “Birincisi, ölkəmiz pandemiya şəraitindədir. Düzdür, açıq havada insanların maska qadağası götürülüb, amma məsafə saxlamaq qadağası götürülməyib. Pandemiyanın davam etdiyi bir şəraitdə aksiyaların keçirilməsi özü təxribat xarakteri daşıyır. Aksiyaları keçirmək istəyən şəxslər bilirlər ki, onlara aksiyaların keçirilməsinə icazə verilməyəcək və əgər 50-60 adam toplaşsa belə onun qarşısı alınacaq. Nəticədə isə qanunu pozanların bir necəsi inzibati məsuliyyətə cəlb ediləcək və bu da Əli Kərimliyə imkan verəcək ki, yenidən hay-küy salsın ki, burda bizim toplaşmaq hüquqlarımızı pozurlar. Yəni təzədən gündəmə gəlmək üçün bu nəzərdə tutulan bir aksiyadır. Demək olar ki, onların bu cür hərəkətləri stəkanda fırtına yaratmaqdan başqa bir şey deyil. Onların məqsədi bu cür aksiyalar keçirməklə gündəmdə gəlmək, gündəmdə qalmaq və “məndə varam” deməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB