"Dünya erməni terrorunu lənətləməlidir!" - PAYTAXT SAKİNLƏRİ - SORĞU
Tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olub, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törədiblər. Bu millətin mayası sanki qəddarlıqdan tutulub. Ağsaqqala, ağbirçəyə, azyaşlı uşaqlara belə rəhm etməyən ermənilərin törətdikləri vandal aktları faşizmi də kölgədə qoyub. Elə bu yaxınlarda da iki jurnalist əməkdaşımızın ermənilərin torpaqlarımızda basdırdıqları minaya düşərək həlak olması faktları bir daha ortaya qoyur. Bəs gəlin görək, paytaxt sakinləri ermənilərin terrorçu, vandal hərəkətlərinə münasibətləri necədir? SİA məsələ ilə bağlı şəhərdə sorğu keçirib.

Şəhər sakini Zəhra Bağırova: "Ermənilər hər zaman bizə qarşı xain addımlar atıblar. Onlar Türk xalqını heç vaxt sevməyiblər və bu həmişə belə davam edəcək. Və biz istərdik ki, bunun qarşısı alınsın. İstəməzdik ki, jurnalistlərimiz eləcə də sakinlərimiz həlak olsun. Azərnaycan xalqı üçün bu ən böyük faciədir. Allah hər iki jurnalistə və şəhidlərimizə rəhmət eləsin”.

Şəhər sakini Natavan Məmmədova: “Bizim ölkə tolerant ölkədir. Belə bir ölkədə ermənilərin özbaşına istədiklərini etmələri düzgün deyil. Onların digər ölkələrdə də terror təşkilatları var. Bu təşkilatların bəyənnamələrində "erməni erməniyə dəstək olmalıdır" fikirləri yazılır. Onlar terrorizmi dəstəkləyir və buna maliyyə yatırımları edirlər. Bunun nəticəsində bədbəxt hadisələr baş verir. Minalar yerləşdirirlər və müxtəlif pis əməllərə əl atırlar. Eləcə də ölkəmizdə baş verən hadisəni də qeyd edə bilərəm. İki gün bundan öncə jurnalistlərimiz Kəlbəcərdə minaya düşərək həlak oldular. Baş vermiş bu hadisə dünya ictimaiyyətində işıqlandırıldı. Onların xisləti budur”.
Şəhər sakini Gülşən Əliyeva: “Kəlbəcərdə baş verən hadisəyə sosial şəbəkələrdə baxdım və çox pis oldum. Gənclərimizin öz torpaqlarımızda həlak olmasını istəməzdim. Müharibə başa çatsa da hər gün evlərimizə şəhid xəbəri gəlir. Bu qədər xain xislətə yalnız erməni milləti sahib ola bilər. Mən Azərbaycanlı olaraq onların lobbilərinə və müxtəlif təşkilatlarına nifrət edirəm. Hər birimizə məlumdur ki, Fransa dövləti ermənilərin tərəfindədir. Dünya mətbuatı baş verən bu hadisələrə qarşı susur. Azərbaycan vətəndaşı nə üçün müharibədən sonra həlak olmalıdır. Onlar mina xəritəsini Azərbaycana təslim etsələr bu hadisələr baş verməz”.

Şəhər sakini Elvin Məmmədov: “Ermənilərin vəhşiliklərini mən 1980 və 1982-ci illərdə Ukraynada əgərlikdə olduğum zaman görmüşəm. Onlar özlərini hər zaman hegemon dövlət kimi göstərmək istəyiblər. Yerli əhali olan Ukrayna xalqı onların bu hərəkətləri barədə məlumat vermişdilər. Ukraynanın Oblast şəhərində yerli əhali 20 nəfərdən ibarət erməniləri idman zalında döymüşdülər. Buna baxmayaraq onlar yenə öz pis əməllərindən əl çəkinmədilər. Ona görə hər zaman onların başlarının üstündə dəmir yumruq olmalıdır”.

Şəhər sakini Fatimə Qasımova: “Hər gün xəbərlərdə bu hadisələrə baxıram və pis oluram. 1988-ci ildən onların bu hərəkətlərini qınayıram. Hətta mən uşaq olduğum zaman anam məni xəbərdar edirdi ki, erməni qonşumuz var ondan ehtiyyatlı ol. Ona görə onlara qarşı nifrətim var və hər zaman olacaq. Allah şəhidlərimizə rəhmət etsin"
Şəhər sakini Könül Abbasova: “Bir Azərbaycan vətəndaşı olaraq ermənilərin törətdikləri bu hadisələrə yaxşı baxmıram. Orada baş verən hadisələrə və şəhid olan vətəndaşlarımıza görə çox pis oluram. Mina xəritəsini bizə versələr daha yaxşı olar. Bu səbəbdən insanlar həlak olurlar”.
Şəhər sakini Təranə Süleymanova: “Ermənilərin törətdikləri bu hadisələri çox pisləyirəm. Belə hallara son qoyulsa yaxşı olar. Torpaqlarımızı almışıq, lakin hələ də vətəndaşlarımız şəhid olur. Öz işləri ilə bağlı müxbirlər doğma torpaqlarımızda həlak olublar və bu hadisə bizə çox pis təsir etdi. istəməzdik ki belə hallar olsun”.
Şəhər sakini Nərgiz Heydərova: “Müharibə qurtarsa belə, hələ də vətəndaşlarımızın həlak olmasının xəbərləri gəlir. Onlar bu müharibəni davam edirlər. Nə üçün torpaqlarımızda jurnalistlərimiz həlak olmalıdır? Onların övladları, ailəsi və anası var. Bu onlar üçün eləcə də bütün Azərbaycan üçün böyük itkidir. Mən də bir valideyinəm və baş verən bu hadisələri eşidəndə çox pis oluram”.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB