Ermənistanda seçici səslərinin pulla alınmasına başlanıldı ANALİTİK
Əsas adlar - eks-prezident Robert Koçaryan və oliqarx Qagik Sarukyan
Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində seçicilərin pulla ələ alınması faktları üzə çıxmağa başlayıb. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq sabiq prezident Robert Koçaryanın “Ermənistan” bloku əsas rəqibi olan Nikol Paşinyanı bənzər taktikadan istifadə etməkdə suçlayıb. Blokun seçici qərargahının nümayəndəsi Aram Vardavanyan deyib ki, Sünik (Zəngəzur) və Geqarkunik (Basarkeçər) vilayətlərində kəndlilərə subsudiyaların verilməsinə başlanılıb və bu əməliyyatın nəyə görə seçkilər ərəfəsində başlanması suallar yaradır. O, hesab edir ki, hakimiyyət həmin vasitə ilə seçiciləri ələ almağa çalışır.
Lakin digər informasiyaya görə seçicilərin pulla alınması mexanizmini ilk olaraq Robert Koçaryan tətbiq edib. Özü də söhbət açıq-aşkar alış-verişdən gedir. Məlum olub ki, Koçaryan seçicilərə külli miqdarda maddi vəsaitlərin təklif edilməsi üçün büdcə hazırlayıb və onlar seçki günü “Ermənistan” blokuna səs verəcəklər.
Bununla yanaşı, Koçaryan seçkilərə Qarabağ ermənilərini, yəni Rusiya sülhməramlılarının nəzarətləri altında yaşayan Azərbaycan vətəndaşlarını cəlb edir. Onlar qeyri-qanuni yollarla Gorusa gətirilir və seçici kimi qeydiyyata alınırlar.
Xatırlatmaq olar ki, məhz Robert Koçaryan və digər sabiq prezident Serj Sarqsyan Ermənistanın siyasi isteblişmentində qarabağlılar klanının yaradılmasına nail olublar. İşğal dövründə Dağlıq Qarabağın praktiki olaraq bütün sakinləri Ermənistan vətəndaşı pasportlarını qeyri-qanuni olaraq əldə edirdilər, ona görə də formal olaraq bu ölkənin vətəndaşları sayılırlar.
Siyasi texnoloq Karen Koçaryan isə jurnalistlərlə söhbətində bildirib ki, Ermənistanda seçicilərin pulla alınması hər yerdə müşahidə olunur. O, xatırladıb ki, bənzər hallar əvvəlki seçkilərdə də baş verib.
Söz yox ki, Koçaryan maliyyə resurslarına görə digər namizədləri geridə qoyur. O, Qarabağın işğalçı səhra komandirləri hesabına 1998-ci ildən indiyə qədər özünün korrupsiya piramidalarını genişləndirib. Bununla yanaşı, Koçaryan öz kapialının bir hissəsini sistemli korrupsiyaya yönəldib və əsasən, Rusiyadakı şirkətləri ilə işləyir. Özü də həmin şirkətlərin direktorlar şurasına üzvdür. Bu şirkətlərdən biri də “Sistema”dır. Ermənistanın eks-prezidentinin qarşıdan gələn seçkilərə görə direktorlar şurasından istefa verdildiyi də bildirilir. Daha bir məsələ isə Rusiyada fəaliyyət göstərən erməni mənşəli oloqarxların məhz Koçaryana “stavka” etmələri faktlarının mövcudluğudur.
Seçicilərin pulla alınması proseduru daha bir erməni oliqarxı, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyan tərəfindən də praktiki olaraq geniş çərçivədə reallaşdırılıb. Bu blokun lideri Koçaryanla paralel şəkildə seçici səslərinin alınması bazarına liderlik etməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB