Dövlətimizin yenidən müstəqillik əldə etməsindən sonra qardaş Türkiyə Cümhuriyyəti ilə qarşılıqlı iqtisadi və mədəni əlaqələr formalaşmağa başladı. Belə ki, ilk qarşılıqlı razılaşma 1 noyabr 1992 tarixində Azərbaycan və Türkiyə arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” oldu. Müqavilənin imzalanması bir millət olan iki dövlətin möhkəm iqtisadi bağlar ilə yaxınlaşmasına şərait yarandı. Ancaq iqtisadi münasibətlərin dərinləşməsi prosesi məhz ulu öndərin adı ilə bağlıdır. 22 may 1992-ci ildə Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövründə “Ümid körpüsü” istismara verildi. Naxçıvan Muxtar Respublikasının blokadadan çıxması, Azərbaycanın blokadadan çıxmasına və geniş iqtisadi əlaqələrin yaranmasına vəsilə oldu. 1993-cu ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı qonşu ölkələrlə iqtisadi əlaqələrin yaranmasına geniş imkanlar yaratmış oldu və Türkiyə ilə əlaqələrin genişləndirilməsi dövlətin əsas prioritet məsələsinə çevrildi.
Bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər fəaliyyət göstərməkdədir. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə kimi iqtisadi mexanizmlər yaradıldı. Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilmiş və hal-hazırda reallaşdırılmaqdadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələri bu baxımdan ən yaxşı nümunələrdir. 13 iyul 2006 tarixində Türkiyənin Ceyhan limanında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi keçirilmişdir. Bundan sonra 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ) istismara verildi. Nəqliyyat infrastrukturunun diversifikasiyası, beynəlxalq yük və sərnişin daşımalarının ölkələrimizin ərazisindən tranzitinin daha da artırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən hadisələrdən biri ölkələrimizin rəhbərlərinin təşəbbüsü və iradəsi ilə “Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti” layihəsinin reallaşdırılması olmuşdur. Bu layihə region ölkələrinə geniş yükdaşıma imkanları yaratdı. Şərq-Qərb dəhlizi üzərində Azərbaycan önəmli mövqeyə sahib oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi layihələr dünya miqyasında mühüm əhəmiyyət kəsb edir və regionun inkişafında vacıb yerə malikdir. Azərbaycan hökümətinin həyata keçirdiyi iqtisadi siyasət iqtisadiyyatın bütün fəaliyyət növlərində intibaha səbəb oldu. Müstəqillik dövründə ən yüksək inkişafa nail olmaq üçün bütün imkanlardan səmərəli istifadə olundu. Türkiyənın iqtisadi inkişafının xüsusiyyətləri yeni müstəqillik qazanmış dövlətimizdə tədbiq olundu və iqtisadi göstəricilər surətlə yaxşılaşmağa başladı. Qısa müddət ərzində artıq dünyada dövlətimizin iqtisadi inkişafı yeni modelə çevrildi. Dünyada iqtisadi inkişafın “Azərbaycan modeli” adlı yeni inkişaf termini iqtisadiyyat elminə daxil oldu.
Ölkənin iqtisadi inkişafının əsas göstəriciləri - əhalinin həyat səviyyəsi, iqtisadiyyatın rəqabət qabiliyyəti, ölkənin ümumi daxili məhsulu, ümumi milli məhsulu, adambaşına insan kapitalı və iqtisadi azadlıq indeksidir. Bu göstəricilər daim artmaqdadır. Neft-qaz sektorundan əldə olunan iri kapital axını digər fəaliyyət növlərinə tədbiq olunmaqdadır. Müntəzəm olaraq davam edən iqtisadi artım, iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi insan kapitalı və onun yaratdığı yeniliklərin təzahürüdür. İnsan kapitalı deyərkən, insanların təhsil, səhiyyə, elm, əmək şəraiti və həyat səviyyəsinin yüksəldilməsinə çəkilən xərclər nəzərdə tutulur və daim artım istiqamətindədir.
44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə dövlətimizn iqtisadi qüdrətini də dünyaya nümayış etdirdi. Dövlətimizin 90-cı illərin əvvəllərində torpaqlarımızın Ermənistan tərəfindən işğalı zamanı milyardlarla dollar dəyərində maddi ziyan görməsinə baxmayaraq, iqtisadi gücümüzün hesabına azad olunan torpaqlarımız tez bir zamanda müasir tələblərə malik şəkildə bərpa olunacaq və vətəndaşlarımız öz ata-baba torpaqlarında yenidən yaşayıb yaradacaqlar.
Vətən müharibəsinin şanlı qələbəsi bizə yeni iqtisadi imkanlar da yaratmış oldu. Zəngəzur dəhlizi 10 Noyab razılaşmasının əsas müddəalarından biridir. Və Azərbaycan üçün vacib məsələdir. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Cari ilin 29 may tarixində Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir. Zəngəzur Dəhlizi Azərbaycanı Naxçıvana birbaşa birləşdirəcək və Türkiyə vasitəsilə qərb ölkələri ilə nəqliyyat əlaqələrinin kəsintisiz həyata keçirilməsinə şərait yaradacaqdır.
Qeyd edək ki, Türkiyə və Azərbaycan arasında illik ticarət mübadiləsinin həcmi 4 milyard dolları keçib və 2023-cü ilə kimi illik ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması əsas prioritet məsələyə çevrilib.
Səbuhi Mehtiyev
Xəzər rayonu 230 nömrəli tam orta məktəbin direktor muavini
Bütün xəbərlər Facebook səhifəmizdə