28 May ruhumuzda daim alovlansın və yolumuzu işıqlandırsın!

Bəli, bu müstəqillik cəmi 23 ay davam etdi. Tarixin sərt sınaqları, xarici müdaxilələr və daxili təlatümlər bu gənc respublikanın yolunu yarımçıq qoydu. Lakin o 23 ay, Azərbaycan xalqına gələcək nəsillərə ötürüləcək müqəddəs bir miras, azadlıq ruhu və hüquqi düşüncə bəxş etdi. O günlərdə atılan demokratik təməl daşları – qadınlara seçki hüququ verilməsi, milli parlamentin yaradılması, hüququn üstünlüyünün elan olunması – regionda görünməmiş bir yenilik idi.

Ancaq müstəqillik heç zaman bir dəfəlik verilən nemət deyil; o, bəzən əldən alınır, sınağa çəkilir və yenidən bərpa olunur: "Məhz 1992-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən bərpa edilmiş , möhtərəm İlham Əliyev tərəfindən davam edilən və 1-ci vitse-prezident tərəfindən dəstəklənən müstəqilliyimiz bizə bir daha sübut etdi ki, azadlıq hissi xalqın qan yaddaşında silinməzdir. O günlərdən başlayaraq Azərbaycan yalnız siyasi azadlıq deyil, həm də multikulturalizm, tolerantlıq və dözümlülük kimi dəyərlərlə tanınan bir dövlətə çevrildi.

Multikulturalizm – fərqli dillərin, dinlərin və etnosların bir bayraq altında sülh içində yaşamasıdır.

Tolerantlıq – fərqli fikirlərə, mədəniyyətlərə hörmətlə yanaşma gücüdür.

Dözümlülük – çətinliklər qarşısında sınmamaq, bərabər durmaq və yenidən qalxmaq iradəsidir.

Hər bir hüquqşünas, hər bir hüquq müdafiəçisi yaxşı bilir ki, müstəqilliyin ölçüsü yalnız torpaqla deyil, insan hüquqları ilə, cəmiyyətin ədalət hissi ilə, azad söz və vicdanla ölçülür. Azərbaycan bu yolda addımlamağa davam edir – çünki həqiqi müstəqillik yalnız dövlətin deyil, insanın içində, ruhunda və vicdanında baş verir.

Bu müqəddəs gündə mən, David Seliverstov olaraq, bütün Azərbaycan xalqını təbrik edirəm.

Yaşasın Azərbaycan Respublikasının müstəqilliyi! Yaşasın azadlıq, hüquq, insan ləyaqəti və bərabərlik! Qoy 28 May ruhumuzda daim alovlansın və yolumuzu işıqlandırsın!

Daved Seliverstov

“Magen David Azərbaycan” İnsan Hüquqları Müdafiə Mərkəzinin baş direktoru və Ümumİsrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri, hüquq müdafiəçisi

Bütün xəbərlər Facebook səhifəmizdə