Gürcüstanın Azərbaycandakı Səfirliyi Kəlbəcərdə həlak olanların ailələrinə başsağlığı verib

Gürcüstanın Azərbaycandakı Səfirliyi Kəlbəcərdə həlak olanların ailələrinə başsağlığı verib

Gürcüstan səfirliyi Kəlbəcərdə jurnalistlərin mina partlaması nəticəsində ölümü ilə əlaqədar başsağlığı verib.

SİA-nın məlumatına görə, başsağlığında deyilir:

“Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi 4 iyun tarixində Kəlbəcər rayonunda baş vermiş faciə ilə əlaqədar başsağlığı verir. Hadisə zamanı Azərbaycan mediasının iki üzvü və rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini həlak olublar. Azərbaycanın hər üç vətəndaşı tank əleyhinə minanın partlaması nəticəsində həlak olub. Gürcüstan Səfirliyi ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Bütün xəbərlər Facebook səhifəmizdə