“Bu hökumətin səhvləri düzələn deyil” VANESYANIN ETİRAFLARI

“Bu hökumətin səhvləri düzələn deyil” VANESYANIN ETİRAFLARI

Müxalifətə qarşı mübarizə aparmırıq, mübarizəmizin məqsədi Nikol Paşinyanı yox etməkdir. SİA Emənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bunu "Mənim Şərəfim Var" blokundan baş nazirliyə namizəd olan Artur Vanesyan İctimai Televiziyanın efirində bəyan edib.

“Ölkədəki vəziyyəti nəzərə alaraq bu seçkiləri normal hesab edə bilmərik, amma iyunun 20-də insanlar bu və ya digər siyasi qüvvəyə səs verəcəklər. Əminəm ki, "Mənim Şərəfim Var" blokunun bu seçkilərdə qalib gəlmək üçün böyük şansı var. Biz açıq bir məqsədlə, qələbə qazanmaq üçün seçkilərə gedirik”, deyə Artur Vanesyan bildirib.

Televiziyanın aparıcısı Vanesyanın blokun bir hissəsi olan Ermənistanın Respublikaçılar Partiyası mənasını verən keçmişinə dönməyəcəyini söyləyən əvvəlki açıqlamasını xatırladıb və nəyin dəyişdiyini, Vanesyanın bu partiya ilə ittifaqa girib-girmədiyini soruşub.

“İnsanlar “keçmiş” deyəndə yalnız korrupsiyanı, seçki saxtakarlığını deyil, eyni zamanda, təhlükəsizlik mühitini də xatırlayırlar. Proqnozlaşdırıla bilən bir ölkəni xatırlayırlar, gələcəyi olan bir insanı xatırlayırlar, sabah nə olacağını bilirlər.

Keçmişdəki pis məqamlara gəlincə, Ermənistanın Respublikaçılar Partiyasının əsas simaları olan Prezident Serj Sarkisyan bu barədə danışıb, iqtidarda olduqları müddətdə çatışmazlıq və səhvlərin olduğu etiraf edilib. Keçmişdə edilən səhvlər düzəldilə bilər, ancaq bu hökumətin etdiyi səhvlər geri dönməzdir, düzələn deyil.
Bu hökumətin etdiklərini qaytara bilmərik, itirilmiş hissəni qaytara bilmərik, təhlükəsizlik sistemimizi, şəhid olmuş qəhrəmanlarımızı qaytara bilmərik, bütün ermənilərin xarici qüvvələr qarşı döyüşdükləri vaxtı qaytara bilmərik", deyə o əlavə edib.

Vanesyana görə, məsuliyyət götürməyə, xalqın gələcəyə inamını bərpa etməyə hazırlıqla hakimiyyətə gəlmək niyyətindədirlər və ümid edirlər ki, əllərindən gələni edəcəklər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə