Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman kompleksləri tikiləcək

Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman kompleksləri tikiləcək
Azərbaycan prezidenti İlham Əliyev Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Azərbaycanda idmanın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq dövlət başçısı Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisinə başlamaq üçün Gənclər və İdman Nazirliyinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat (hər kompleks üçün 1,0 milyon manat) vəsait ayrılmasına göstəriş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə