Mübariz Qurbanlı: “ABŞ, Fransa və Rusiya prezidentlərinin birgə bəyanatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları intensivləşdirməyə öz töhfəsini verəcək”- AÇIQLAMA

Mübariz Qurbanlı: “ABŞ, Fransa və Rusiya prezidentlərinin birgə bəyanatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları intensivləşdirməyə öz töhfəsini verəcək”- AÇIQLAMA
"ABŞ, Fransa və Rusiyanın bəyanatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəfləri kompromisə səsləməsi bizim baxımımızdan müsbət hadisədir". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ötən gün Rusiya, Fransa və ABŞ prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün bu və ya digər problemlərin həllinin dünya dövlətlərinin və beynəlxalq aləmin diqqətində olması təsadüfi deyil. Millət vəkili bildirib ki, mövcud münaqişələr və onların qalması ayrı-ayrı bölgələrdə lokal müharibələrin baş qaldırmasına gətirib çıxara bilər: "Lokal müharibələr istər-istəməz qlobal siyasətə təsir göstərir. Məhz buna görə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin başçılarının belə bir müracəti nəticə etibarı ilə işğalçı Ermənistanın işğal olunmuş əraziləri azad etməsinə göstərilən bir təsirdir. Bu üç ölkə sadə ölkələr deyil, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrdir. Hesab edirəm ki, ABŞ, Fransa və Rusiya prezidentlərinin birgə bəyanatı prosesi sürətləndirməyə, müəyyən mənada danışıqları intensivləşdirməyə öz töhfəsini verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə