Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, Milli Məclis sədrinin müavini Adil Əliyev, deputat İltimas Yusifov, Türkiyə parlamentinin deputatı Rəcəb Şəkər, Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin birinci müavini Sergey Solovyov, Leninqrad vilayəti hökuməti sədrinin birinci müavini Sergey Xarlaşkin, Rusiya XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov və Sankt-Peterburq hökumətinin Xarici Əlaqələr Komitəsinin sədrinin vəzifələrini icra edən Sergey Markov, Sankt-Peterburq Qanunvericilik Məclisinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Nərgiz Əhədova, Sankt-Peterburqda akkreditə olunan baş konsulluqların rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, mədəniyyət xadimləri, şəhərdəki universitetlərinin rektorları və professor heyəti, Azərbaycan diasporunun rəhbərləri və fəalları, AMOR gənclər təşkilatının Sankt-Peterburqdakı bölməsinin üzvləri və baş konsulluğun diplomatları tədbirdə iştirak ediblər.
Tədbirdə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun adından 28 May – Respublika Günü münasibətilə ünvanlanmış təbrik məktubları oxunub və baş konsul Sultan Qasımova təqdim edilib.
Rəsmi hissədən sonra qonaqlar “Mariinski” teatrının solistləri - Azərbaycanın Əməkdar artisti Regina Rüstəmovanın, Nəriman Əliyevin və Həmid Abdulovun ifalarında Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləyiblər.
Sonda baş konsuluq adından qonaqlara ziyafət verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB