Artıq \"Metsamor\" atom elektrik stansiyası təhlükəsi ilə bağlı Azərbaycanla beynəlxalq təşkilatlar arasında qarşılıqlı anlaşma əldə edilib
Ermənistanda fəaliyyət göstərən \"Metsamor\" atom elektrik stansiyası təhlükəsi ilə bağlı artıq Azərbaycanla beynəlxalq təşkilatlar arasında qarşılıqlı anlaşma əldə edilib. SİA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
\"Metsamor\" AES-lə bağlı mütəmadi iş aparılır. Demək olar ki, hər ay müəyyən arayış hazırlanaraq Xarici İşlər Nazirliyinə göndərilir. Çox nadir haldır ki, beynəlxalq təşkilatlarla bu məsələ ilə bağlı az-çox anlaşma əldə edilib. Çünki \"Metsamor\" AES təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün təhlükədir\", - Bağırov əlavə edib.
Qeyd edək ki, \"Metsamor\" AES 1970-ci ildə tikilib. Ermənistan \"Metsamor\"u 2016-cı, uzaq perspektivdə isə 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmir. Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, \"Metsamor\"da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB