Zelenski Prezidentə təbrik məktubu göndərib

Zelenski Prezidentə təbrik məktubu göndərib

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, V.Zelenski "tvitter" hesabındakı paylaşımında iki ölkə arasındakı strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini bildirib: "Respublika Gününüz mübarək olsun! Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dialoqun ikitərəfli tərəfdaşlıqda davam etdirilməsini və Ukraynanın müstəqilliyinin 30-cu ildönümü tədbirlərində iştirakınızı səbirsizliklə gözləyirəm", - Ukrayna Prezidentinin təbrik paylaşımında belə qeyd edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə