Bu gün YAP Xızı rayon təşkilatı 28 May- Respublika Günü münasibətilə tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, bu tarixi gün Azərbaycan xalqının həyatına əlamətdar kimi daxil olub.
O qeyd edib ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib:” Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib”.
F.Haqverdiyev Azərbaycanın dövlətçilik tarixinə şanlı bir səhifə kimi qızıl hərflərlə yazılmış, xalqımızın milli oyanışının məntiqi yekunu olaraq ilk demokratik dövlətin yaranması və İstiqlal Bəyannaməsinin qəbul edilməsi haqqında ətraflı məlumat verib, bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil, bütün şərq dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Rayon təşkilatının sədri bildirib ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir: “Biz hamımız fəxr edirik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi, mənfur düşməni yerində oturdub, Cümhuriyyət qurucularının ruhunu şad edib”.
Tədbirdə Xalq Cümhuriyyətinin varisi-müasir, müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində, dünya dövlətləri arasında layiqli yer tutmasında, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə vurğulanaraq, Müzəffər Ali Baş mandanın rəhbərliyi altında həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, Vətən Müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı böyük fəxarətlə qeyd olunub.
Tədbirdə YAP Xızı rayon təşkilatının İdarə heyətinin üzvü Svetlana Rüstəmova, rayon təşkilatının gənclər birliyinin sədri İman Ağayev, şura üzvü Fazil Məmmədov və başqalaorı çıxış edərək 1991-ci ildə ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardığını, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyin bərpa edildiyini və bu gün respublikanın hərtərəfli və sürətli inkişafı naminə Ümummilli Lider Heydər Əliyevin bütün ideyalarının Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB