"Dəmir yumruq Ermənistanın həmişə başı üzərində olacaq" HƏRBİ EKSPERTDƏN SƏRT AÇIQLAMA
“İllərlə aparılan danışıqlara Ermənistan sadiq qalmadı”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazisindən işğalçı ordusunu çıxartmadı: “Beynəlxalq birlik, ATƏT-in həmsədr dövlətləri, konkret heç bir addımlar atmadı. Azərbaycan öz həmrəyliyi nəticəsində 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızı işğaldan azad etdi. İllərlə Azərbaycan dövləti bunun üçün həm beynəlxalq aləmlə xeyli iş apardı, həm də güclü ordu yaradıldı, vətənpərvər nəsil yetişdi. Bütün parametrlərə uyğun olaraq çox güclü peşəkar ordumuz formalaşdı və bu ordu qələbəni təmin etdi. Ermənistanın bir dövlət kimi mövcudluğu Azərbaycan və Türkiyə ilə normal əməkdaşlığından keçir. Əgər Azərbaycanla əməkdaşlıq etməyəcəksə, Ermənistanın bölgədə mövcudluğu sual altında olacaq".
Hərbi ekspert həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın SSRİ dövründəki sərhədlərini qaytarmalıdır: "100 il bundan öncə bütünlükdə Qərbi Azərbaycan və Ermənistan bizim torpaqlarda olub. Cənab Prezident haqlı olaraq deyirdi ki, biz ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Azərbaycan dövləti buna imkan vermədi. Bütün dünya və Ermənistan bir şeyi bilməlidir ki, Azərbaycan bir santimetr belə torpaqlarından geri çəkilməyəcək. Azərbaycan ərazi bütövlüyünü daim bərpası üçün illərlə səy aparıb. Azərbaycan öz milli maraqlarından geri çəkilməyəcək. Heç kimə güzəştə getməyəcək. Ermənistanın beynəlxalq hüquqa əməl etməkdən başqa yolu yoxdur. Dövlətlərin ərazi bütövlüyünü tanısın, dinc yaşamaq prinsipini qəbul etsin, sərhədlərin toxunulmamazlıq prinsipini qəbul etsin. Bunları etməyəcəksə dəmir yumruq Ermənistanın həmişə başı üzərində olacaq".
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB