Məğlub Ermənistanın xilas üçün hansı yolu qalıb?
Aykido döyüş sənəti haqqında hamimiz kifayət qədər məlumatlıyıq. Bu Şərq əlbəyaxa döyüş növünün əsas fəlsəfəsi isə belədir: bədən hissələri vasitəsilə rəqibi kənara atmaq və bu zaman minimal hərəkətlər tələb edən, optimal fəndlərdən istifadə etməklə qarşı tərəfin enerjisini onun özünə qarşı istifadə etmək.
“Siyasi aykido” (“Aykido siyasəti” kimi də istifadə edilir) isə siyasi meydandakı rəqiblərin düşmənçilik niyyətlərini və hərəkətlərinin qabaqlayıcı addımlar və ölçülmüş hərəkətlərlə elə rəqibin (eləcə də düşmənin) özünə qarşı istifadə edərək ona qalib gəlməkdir.
Prezident qələbəni mərhələ-mərhələ yaxınlaşdırır, son və qarşısıalınmaz zərbəyə hazırlıq görürdü
Azərbaycan Prezidenti İlham Əliyev son illər ərzində apardığı beynəlxalq siyasətdə məhz Qarabağ probleminin çözülməsi istiqamətində atdığı addımlar bu “Aykido siyasəti” fəlsəfəsinin bütün elementlərini özündə ehtiva edirdi. Bu baxımdan, qənaətə gəlmək olar ki, fəlsəfənin bütün qanunlarına uyğun olaraq Prezident qələbəni mərhələ-mərhələ yaxınlaşdırır, son və qarşısıalınmaz zərbəyə hazırlıq görürdü.
İlk növbədə, ermənilərin dünyanın hər yerində azərbaycanlılar və Azərbaycan haqqında yaratdıqları mənfi fikirləri dəyişmək lazım idi. Bu məqsədlə Azərbaycan ciddi şəkildə beynəlxalq imic məsələlərinə diqqət yetirməyə başladı və bunun üçün ən nüfuzlu beynəlxalq tədbirlərdə fəallığı artırdı. Avrovisiya müsabiqəsində iştirak və qələbə, ardınca müsabiqənin ölkəmizdə keçirilməsi, Birinci Avropa Oyunları, Formula1 yarışları, digər idman növləri üzrə beynəlxalq turnirlər, çempionatlar və digər çoxsaylı nüfuzlu tədbirlərdə Azərbaycan möhtəşəm nailiyyətlər əldə etməklə düşmənlərimizin bizim millət və ölkəmiz haqqında yaratdıqları imici tam dəyişdi. Bu proses siyasi cəhətdən də reallaşdırılırdı – Bakı bir çox dövlətlərin ikitərəfli görüş məkanına çevrilərək qlobal problemlərin həllində mərkəz rolunu oynadı, bu gün də həmin proses davam etdirilir. O cümlədən, multikultural tədbirlər, konfranslar da bu kimi məsələlərə öz böyük töhfələrini verdi. Ölkəmizə səfər edən dünya ictimaiyyətinin nümayəndələri o cümlədən Qarabağ həqiqətləri haqqında ətraflı məlumatlandırılırdılar.
Nəticədə ermənilərin yaratdıqları bütün mənfi, neqativ fikirləri elə onların özlərinin əleyhinə çevrildi
İmici üzərində iş ilə yanaşı Azərbaycan genişmiqyaslı iqtisadi layihələr həyata keçirməklə öz tərəfinə dünya siyasətinin aparıcı ölkələrini cəlb edirdi və şübhəsiz ki, burada əsas istiqamət yenilməz Ordu quruculuğu idi. Yuxarıda qeyd olunan istiqamətlərin hər biri “Aykido siyasəti” elementlərini özündə əks etdirirdi. Yəni ermənilər bizləri “vəhşi və cahil xalq” kimi qələmə verirdilər. Lakin biz bunun müqabilində eyni qaydada ermənilər əleyhinə cavabverici kampaniya aparmağın yerinə bütün dünyaya Azərbaycan xalqının nə qədər sülhsevər, böyük qəlbli və zəngin olduğunu göstərdik. Nəticədə ermənilərin yaratdıqları bütün mənfi, neqativ fikirləri elə onların özlərinin əleyhinə çevrildi.
Lakin o da sirr deyil ki, ermənilər bir sıra iri dövlətləri özlərinin diasporunun təsiri altına sala bilmişdirlər, ancaq Azərbaycan həmin ölkələrin ən iri şirkətlərini Azərbaycandakı irimiqyaslı layihələrinin icrasına cəlb etməklə bu iri şirkətlərin öz ölkə rəhbərlərinə təsirini Azərbaycanın xeyrinə çevirdi!
İndi də Azərbaycan dövləti Zəngəzur, Göyçə və digər qədim Azərbaycan ərazilərinə rahatlıqla daxil olub onları Azərbaycan üçün təhlükəsizlik kəməri elan edə bilər
Bu da son deyil. Biz xatırlaya bilərik ki, Azərbaycan erməni lobbisinin təsiri ilə bəzi silah növlərinin satış qadağasını aradan qaldırmağa müyəssər oldu və düşmənin siyasətini öz xeyrimizə istifadə edərək daha etibarlı dostlardan daha keyfiyyətli silah aldıq. O cümlədən, ermənilərin onlara “dostları” satdıqları silahdan fərqli olaraq, biz aldığımız silahlar lazım olanda çalışdı. Bu da birbaşa “siyasi aykido” elementi idi.
Məsələn, müharibədən öncə bizə deyilirdi ki, mövcud “status kvo”nu qəbul etmək lazımdır. İndi isə bizim ölkə rəhbərimiz deyir ki, buyurun, müharibədən sonrakı “status kvo”nu qəbul edin. Yaxud, ermənilər Dağlıq Qarabığın ətrafındakı rayonları zəbt edərək bəyan edirdilər ki, həmin rayonlar guya təhlükəsizlik zolağını təşkil edir.
İndi də Azərbaycan dövləti Zəngəzur, Göyçə və digər qədim Azərbaycan ərazilərinə rahatlıqla daxil olub onları Azərbaycan üçün təhlükəsizlik kəməri elan edə bilər, o vaxta qədər ki, ermənilər sülh sazişi imzalayaraq Azərbaycanın ərazi bütövlüyünü tanısınlar.
Məhz Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində Ermənistan adlı dövlət demək olar ki, öz siyasi varlığını itirmək üzrədir. Əslinə, Prezident çıxışlarında bunu deməsə belə mövcud vəziyyət onu göstərir ki, nəinki qondarma “DQR”, eləcə də Ermənistan bir müstəqil ölkə kimi cəhənnəmə getdi.
Bu gün Ermənistanın mövcudluğunun bir teldən asılı qalması da onun dövlətçiliyinin itirilməsi kimi qiymətləndirilə bilər.
Azərbaycan dövləti və Prezidenti “Aykido siyasəti”ni tətbiq edərək mövcud uğurlara, qələbələrə imza atdı, indi isə yol deyil, məhz fürsət və seçim ermənilərindir...
Belə ki, dövlətin atributları olar. Hər bir dövlətin əsas atributlarından biri də onun dövlət sərhədləridir. Ermənistanın sərhədlərini isə Rusiya qoruyur, xarici siyasətini isə Soros müəyyən edir. Daha bir maraqlı məqam isə budur ki, Ermənistanın daxili siyasətini uzun illər məhz Azərbaycanda doğulan şəxslər idarə ediblər. Bu gün Qarabağ klanı dediyimiz cinayətkarlar Azərbaycan doğumludurlar və əlbəttə ki, öz əməllərinə görə də cavab verməli olacaqlar. Lakin mövzudan yayınmayaraq qeyd edə bilərik ki, bu gün həmin ölkəni vaxtilə Rusiya yaradıb, indi də görünür heç ruslara da lazım deyil və 2020-ci ildə Azərbaycanın apardığı müharibə zamanı Rusiyanın neytral qalması faktı da bunu tam təsdiq etdi.
Daha bir maraqlı fakt odur ki, bundan düz 100 il qabaq, yəni 1 iyun 1920-ci il tarixində ABŞ senatı 52 səs əleyhinə və 23 səs lehinə olmaqla Prezident Vudrou Vilsonun Ermənistana dair mandatı (məsuliyyəti) ABŞ-ın üzərinə götürülməsinə dair Senata müraciətinə rədd etmişdi və şübhəsiz ki, Vilson da ABŞ-ın Demokratlar pariyasının rəhbəri idi, elə indiki Ağ evin sahibləri kimi. Amma görünür, keçən əsrin əvvəlində Senatda daha ağıllı insanlar əyləşmişdilər və bəyan etmişdilər ki, ermənilər ümumiyyətlə, ABŞ-a lazım deyil.
İndi isə gəlin ermənilərin hazırkı məqamda düşdüyü vəziyyətə baxaq: ordu yox, iqtisadiyyat yox, dost yox, sadəcə tarix boyu bunların xəyanətkar olduğundan faydalanmaq istəyən tərəflər var. Və belə getsə, ermənilər ümumiyyətlə, ölkələrini tam itirəcəklər, hətta belə adda heç ərazi vahidi də qalmayacaq.
Yuxarıdakıları nəzərə alaraq Ermənistan üçün ən yaxşı və yəqin ki, yeganə çıxış yolu elə Azərbaycanın tərkibində inzibati ərazi vahidi kimi daxil olmaqdır. Məsələn, Azərbaycan nəzdində qalan muxtar respublika kimi. Görün, bu halda ermənilər nələr qazanacaqlar: güclü siyasi lider, güclü ordu, artıq dünyada tanınan bir dövlətin vətəndaşı olacaqlar və digər faydalardan bəhrənələcəklər. İstəsələr yenə də efioplardan oğurladıqları və öz adlarına çıxardıqları qədim əlifbalarında yazıb-oxuya da bilərlər. Çünki Azərbaycan çox tolerant ölkədir və bütün xalqlara inkişaf üçün imkanlar yaradır. Amma ermənilər bu fürsətdən də istifadə etməsələr, gec, ya da tez hansısa digər bir ölkənin tərkibinə daxil olacaqlar və həmin ölkədə ermənilərə qarşı bizim kimi dözümlü münasibətin göstərilib-göstərilməyəcəyini də indidən bəlli etmək olmaz. Necə deyərlər, Azərbaycan dövləti və Prezidenti “Aykido siyasəti”ni tətbiq edərək mövcud uğurlara, qələbələrə imza atdı, indi isə yol deyil, məhz fürsət və seçim ermənilərindir...
Aydınoğlu,
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB