İnsanlıq yaşadığı, düşündüyü və irəlilədiyi hər məqamda seçimlər qarşısında qalır. Hər bir sivilizasiyanın başlanğıcı qarşılıqlı qərarların, seçimlərin əsasında qurulub. Buna ən böyük nümunə günümüzdəki dövlətlərin təməlini qoyan ictimai müqaviləni göstərmək olar.
İctimai müqavilənin məqsədi sosial rifaha və asayişə hesablanmışdırsa, digər mühüm seçimlərin də öz əxlaqi səbəbləri olmalıdır. İnsanların etdiyi seçimlər isə bəzi negativ hallarda mənfəətdən, azğınlıqdan qaynaqlanır. Azadlıq möfhumunun inkişafı isə seçim əxlaqını demək olar ki, aradan qaldırıb. Beləliklə insanlar öz seçimlərində tamamilə individual düşünərsə etdiyi seçimlərlə degenerasiya yarada bilər. Məsələn öz cinsini dəyişməyi qərar alan bir fərdə nəzər salsaq, cəmiyyət arasında nə qədər çirkin görüntü və degenerasiyaya uğramış əxlaq yaydığını görərik. Deməli seçim əxlaqına arxalanaraq qərar vermək olar ki, öz seçimlərində tamamilə individual olanlarla sivil mübarizə aparmaq lazımdır. Hər bir seçim cəmiyyətə təsir edir. Hər fərd cəmiyyətdə bir parçadır. Buna görə də hər qərarda cəmiyyətin rifahı nəzərə alınmalıdır.
Həmçinin cəmiyyəti degenerasiyaya sürükləyən seçimlərə qarşı susmaq da əxlaqlı deyil. Daha bir misal göstərək, işəgötürən müdir qəbul zamanı namizədlərdən potensial yox rüşvət gözləyirsə, o da öz seçimi ilə çirkinlik yaradır. Burada da qərar əxlaqına uymayan məmura sivil etiraz etmək lazımdır. Əks halda bu davranış çoxalır və cəmiyyətlə məmur elitası arasında qütbləşmə yaranır.
Bəs iki yerdə adını çəkdiyim qərar-seçim əxlaqı nədir?
Hər halda yazılı şəkildə öz əksini tapmır. Tamamilə insanların vicdanında yer alır. Onlara bir növ yazılmamış qanunlar da demək olar. Bu əxlaqi qanunlara əsasən insan qərar verərkən daha bəşəri düşünməlidir. Fikrimcə hər düşünən insan deyil, yalnızca bəşəri düşünən insandır. Qalanlar isə egoistlik edərək yalnızca öz mənfəətlərini, azğın hisslərini, rahatlıqlarını düşünərək qlobal degenerasiya yaradırlar. Məsələn mən bir tələbə olaraq işəgötürənlərin rüşvət maraqlısı olduğunu hiss edərsəm, bunun mənim təhsil həyatıma necə təsir etdiyini siz düşünün.
Beləliklə insan deyilənlərdən çox, gördüyünü götürür. Tələbələr də öz imtahanlarından rüşvətlə keçib, rüşvətxor fərdlər olur. Nəzərə alsaq ki, öz imtahanlarından rüşvətlə keçən məmur da öz işçilərin rüşvətə görə seçəcək, bu əsl faciədir. Bu bir xalqın sonunu da gətirə bilər. Beləliklə görürük ki, insanlar haqsızlığa öz təhsil müəssisələrində də öyrəşə bilər. Bunun yaratdığı çirkin görüntü bəzən qarşılaşdığımız, öz cinsin dəyişən fərdlərdən daha eybəcərdir.
Yazıdan da gəldiyimiz qənaətə görə, haqsızlığa, özbaşınalığa və ifrat azadlığa qarşı çıxmamaq insan xislətinə ziddir. Buna siyasi terminalogiyada negativ azadlıq da deyilir. Deməli insan hər seçim edəndə, həm də bəşəri düşünməlidir. Çünki biz anarxist sivilizasiyada yaşamırıq. Bu cəmiyyətin əxlaqı üçün hər bir fərd cavabdeh olmalıdır. İfrat azadlığa və rahatlığa qaçış bizi həm də insan olmaqdan uzaqlaşdıracaqdır. Yaşadığımızdan çox necə yaşadığımız daha önəmlidir. Çünki, bizdən sora bizi yaşadan qoyduğumuz izlər və xatirələrdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB