Rusiya Ermənistanla Azərbaycan arasındakı sərhədin müəyyənləşdirilməsinin müzakirəsində vasitəçi olmağı təklif edib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu xarici işlər naziri Sergey Lavrov açıqlayıb.
"Tərəflər arasındakı ilkin razılığa əsasən, Rusiya Federasiyası sərhədin delimitasiyası və demarkasiyasının başlanmasına və həyata keçirilməsinə kömək etməyi təklif etdi" deyiə Rusiyanın baş diplomatı deyib.
Onun sözlərinə görə, Moskva bu məsələləri həll edəcək Ermənistan-Azərbaycan xüsusi komissiyasının məsləhətçisi kimi çıxış edə bilər.
Ermənistan Müdafiə Nazirliyi bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Zəngəzur (Sünik) bölgəsinin sərhəd bölgələrindən birində "sərhədləri aydınlaşdırmaq üçün" müəyyən işlər görməyə çalışdığını bildirmişdi. Eyni zamanda, nazirlik konkret olaraq ərazidə nə baş verdiyinə aydınlıq gətirməyib.
Zəngəzur bölgəsindəki yolun bəzi hissələrində təhlükəsizlik Rusiya sərhədçiləri tərəfindən təmin edilir. Razılaşmalara əsasən, onlar Gorus-David Bek və Gorus-Kafan yollarının problemli ərazilərdən keçən hissələrində yola nəzarət edirlər.
Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, əvvəllər tanınmamış "Dağlıq Qarabağ Respublikasının tərkibində olan bir sıra ərazilər" Bakının nəzarətinə keçdikdən sonra Azərbaycanla sərhədin bir hissəsini müəyyənləşdirmək üçün bəzi işlərin görülməsi vacibdir. Bu ərazidəki yaşayış məntəqələrinin sakinləri Azərbaycan ordusunun yeni döyüş postlarının yerləşdirilməsinin onların təhlükəsizliyini təhdid etdiyini düşünürlər. Ermənistanın baş naziri Nikol Paşinyan da bəyan edib ki, "Azərbaycanla sərhəddə baş verən proseslər demarkasiya və delimitasiya hesab edilə bilməz, yalnız müəyyən sərhəd məntəqələrinin yerini müəyyən edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB