“Rusiya Avropa üçün təhdiddir” BLİNKEN

ABŞ və Danimarka, Rusiyanın enerji sektorunda və Ukrayna ilə sərhəddəki vəziyyətə görə Avropaya təhdid olmasından narahatdır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, ABŞ Dövlət Katibi Entoni Blinken Danimarka Xarici İşlər Naziri Yeppe Kofod ilə birgə mətbuat konfransında belə deyib.

Blinken, "Rusiyanın Ukrayna ilə sərhəddəki son hərbi gücləndirmə və Avropanın enerji təhlükəsizliyi üçün Şimal Axını 2 qaz kəməri ilə əlaqəli təhdidləri nəzərə alaraq Avropaya gətirdiyi təhlükə ilə bağlı narahatlığımızı da bölüşürük", deyib.

Qeyd edək ki, Şimal Axını 2, Rusiya sahillərindən Baltik dənizindən Almaniyaya qədər ümumi gücü 55 milyard kubmetr qaz ixracı edən iki boru kəmərinin çəkilməsini nəzərdə tutur. Layihə əleyhinə ABŞ aktiv şəkildə çıxış edir. 2019-cu ilin dekabrında qaz kəmərinə qarşı sanksiyalar tətbiq edilib.

Bundan əlavə, Qərb, Rusiya tərəfindən "təcavüzkar hərəkətlərin" guya güclənməsindən narahatlığını dilə gətirib. Vaşinqton "Rusiya təcavüzünün" artdığını, Krımda və Ukraynanın şərq sərhəddində Rusiya qoşunlarının hərəkət etdiyini elan edib. Buna qarşılığında isə Moskva, Rusiyanın öz qoşunlarını öz ərazisi daxilində və özünə görə hərəkət etdirdiyini, bunun heç kimə təhdid olmadığını, heç kəsi narahat etmədiyini bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə