“Əgər baş nazir olsam...” Edmon Marukyan

“Əgər baş nazir olsam...” Edmon Marukyan

“Maariflənmiş Ermənistan” partiyasının rəhbəri ölkənin erkən parlament seçkilərində qalib gəlməyi bacaracağı təqdirdə ölkənin baş naziri vəzifəsində ilk addımlardan və ilk üç əmrdən danışıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Sputnik radiosunun efirində bəyan edib.

“Çiçəklənən Ermənistan” mövcud hakimiyyətdən narazı olan, eyni zamanda “köhnənin” geri dönməsini istəməyən ölkə seçicilərinin 40%-nin səsi uğrunda mübarizə aparmağa qadir olan “üçüncü qüvvədir”, deyə “Çiçəklənən Ermənistan” partiyasının lideri Edmon Marukyan bilirib.

Milli Məclisə seçkilərdə həqiqətən qalib gələ biləcəyi təqdirdə, hansı üç fərmanı imzalayacağı və ilk rəsmi səfəri zamanı hara gedəcəyi barədə soruşulduqda, Marukyan, ilk səfərinin Moskvaya, ilk fərmanlarının ölkənin konstitusiyasında dəyişikliklər edilməsi üçün komissiyalar yaradacağı, vergi qanunvericiliyi və 44 günlük müharibə ilə əlaqəli bütün hadisələrin araşdırılması olacağını söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə