Avropa Fələstin-İsrail münaqişəsindən narahatdır

Şərqi Qüdsdəki vəziyyətin son dərəcə kəskinləşməsi Avropa İtifaqında ciddi narahatlığa səbəb olub. Qoca qitə Fələstin-İsrail sülh prosesinin yenidən başlamasına təcili ehtiyac olduğu barədə bəyatatlar verməkdədir. SİA xəbər verir ki, bu barədə Avropa İttifaqı xarici siyasət sözçüsü Peter Stano deyib.

"Son hadisələr sülh yolu ilə həll və sabitliyə nail olmaq məqsədilə danışıqlar aparmaq üçün sülh prosesini yenidən başlatmağın lazım olduğunu nümayiş etdirir. İki dövlətin dinc yanaşı yaşamasına əsaslanan nizamlanmanı davam etdirmək lazımdır. Münaqişə tərəflərini münaqişəni dayandırmağa çağırırıq. Bir an əvvəl şiddət və sülh yolu ilə nizamlanmaya doğru irəliləmək lazımdır. Bu, birbaşa danışıqlar yolu ilə mümkündür", deyə Peter Stano Brüsseldəki brifinqdə söyləyib.

Xatırladaq ki, bir neçə gündür Şərqi Qüdsdəki qarşıdurmalar Məbəd dağındakı Əl-Əqsa Məscidində müsəlmanların Ramazan orucu ayı bitməzdən əvvəl namaz qılmaq üçün toplaşan hərbçilərin fələstinlilərə basqısı fonunda davam edir. Etirazlar, Fələstinli ailələrin Şərqi Qüdsdəki bölgələrdən çıxarılması cəhdləri ilə də təhrik edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...