Badasyan və Qriqoryan Moskvaya ezam edildi PAŞİNYAN NİYƏ ONLARI GÖNDƏRİR?

Nikol Paşinyanın qərarı ilə Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan və onun müavini Suren Qriqoryan 18-20 may tarixlərində Rusiya Federasiyasına ezamı planlaşdırılır. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumatlara istinadən xəbər verir ki, nazir və müavini konfransında iştirak edəcəklər və buna görə Rusiyaya göndərilirlər.

Məlumatlarda həmçinin qeyd olunur ki, konfrans, "Yeni Dövrdə Ədliyyənin Rəqəmsal Çağırışları" mövzusundadır. Bildirilir ki, Ermənistandan ezam olunanlar Rusiya Federasiyasının Ədliyyə naziri Konstantin Çuyçenko ilə də görüşəcəklər.

Xatırladaq ki, səfərdən qayıtdıqdan sonra Rüstəm Badasyan səfərin nəticələri barədə üç gün ərzində Ermənistanın baş nazirinə və Xarici İşlər Nazirliyinin ofisinə məruzə təqdim etməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə