"Qarabağdakı müharibə araşdırılmalıdır" PAŞİNYAN İSRAR EDİR

Qarabağdakı 44 günlük müharibənin şərtləri və danışıqlar prosesi xüsusi parlament komissiyası tərəfindən araşdırılmalıdır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumatlara istinadən xəbər verir ki, Respublika Hökuməti Başçısı vəzifəsini icra edən Nikol Paşinyan bunu Ermənistan Milli Məclisinin xüsusi iclasında, 10 mayda baş nazir seçkisinin müzakirəsi zamanı millət vəkillərinin suallarını cavablandırarkən deyib.

Eyni zamanda, özünün də dindirilməyə getməyə hazır olduğunu söyləyib. “Şəxsi ofisim və yaşayış yerim də axtarışa hazırdır. Məlum hadisələr zamanı onsuz da xırda axtarışa məruz qalsalar da, ancaq orada şübhəli bir şey olsaydı, mütləq tapardılar”, deyə Paşinyan bildirib.

Eyni zamanda, o, 44 günlük müharibəni araşdırmaq üçün parlament komissiyasının yaradılması məsələsinin hakimiyyətin gündəminə çevrilməli olduğunu və baş nazir də daxil olmaqla əlaqəli olanların bütün dairəsinin sorğulanmalı olduğunu vurğulayıb.

“Mən hazıram və gizlədəcək bir şeyim olmadığını da özün bilirəm. Razılaşaq ki, yeni parlamentin ən vacib vəzifələrindən biri bu olacaq”, deyib Nikol Paşinyan.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə