Hər şeyə yarımçıq yamaq Gültəkin Hacıbəyli...

Bəzən baş verən hadisələrə münasibət bildirmirsən, "səbrli ol", deyirsən. Ancaq bir də görürsən ki, dövlətinin, xalqının ünvanına elə bir sözlər, elə böhtanlar deyilir ki, bu yerdə sakit dayana bilmirsən. Xüsusilə də, son günlər sosial şəbəkələrdə "Milli Şuran"ın qeybətxana şousunun rəzillər, satqınlar etalonu AXCP sədri Əli Kərimlinin şinelindən çıxmış, sabiq millət vəkili Gültəkin Hacıbəylinin ölkənin hər bir uğuruna kölgə salmağa çalışmasını görəndə susa bilmirsən. Baxın, bir ara neftin artığını görən bu bir medalın iki üzü olan G.Hacıbəyli sosial şəbəkələrdən “Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin",- deməsi və ona yaşına, “başına” hörmət etməyən “Milli Şura” deyilən əcinələr yuvasının sədri Cəmil Həsənlinin, “Bu son hədd deyil də, yoxsa təbrik edərdim” deməsini cavabsız qoya bilməməsi bir daha bu məfhumların nə qədər iyrənc, erməni üfunəti verən viruslar olduğunun şahidi olursan.

Yaxud istər 2016-cı il aprel döyüşlərində, itərsə də də 44 günlük Vətən Müharibəsində şəhidlərlə bağlı dediyi fikirlər, doğurdan da nə qədər "ermənidən betər erməni" olduqlarını açıq göstərməkdir. AXCP sədri Əli Kərimlinin tapşırıq və sifarişlərini icra edən G.Hacıbəyli kimilərin fəaliyyətini cəmiyyətimiz ikrahla qarşılayır və birmənalı olaraq rədd edir.

İkiüzlü, riyakar, reneqat Gültəkin Hacıbəyli...

Bir müdrük kəlamda deyilir ki, “Hansı yana gedəcəyini bilmirsənsə, hansı yolla getməyinin heç bir əhəmiyyəti yoxdur”. Siyasətin çirkin iş olduğu haqqında da belə deyirlər ki, “əslində siyasət çirkin deyil, onunla çirkin insanlar məşğul olanda çirkin olur”.

Bu gün dağıdıcı müxalifət düşərgəsində AXCP sədri Əli Kərimlinin “danışan dili” olan “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin sosial şəbəkələrdəki həqiqətdən uzaq, şər-böhtan dolu çıxışlarını dinlədikcə həmin fikirlərin həqiqət olduğuna bir daha əmin oluruq. Əslində hər addımda ikiüzlülüyü, riyakarlığı ilə tanınan, parlamentin üzvü olanda dövlətin imtiyazlarından gen-bol istifadə edərək tam komfort şəraitində yaşayanda nədənsə bu xanım tamamilə başqa cür danışırdı. G.Hacıbəylinin o zamanlar başda Ə.Kərimli olmaqla dağıdıcı müxalifət düşərgəsinin başbilənlərini yerdən-yerə vurduğunu da heç kim unutmayıb. Ancaq elə ki, deputat seçilmədi, mandatdan məhrum oldu G.Hacıbəyli hətta öz keçmiş həyat yoldaşının da etiraf etdiyi kimi, 180 dərəcə dəyişdi. Siyasi virusa yoluxmuş bu xanım deputat olanda ancaq özü haqqında fikirləşirdi. Komfortu, lüks həyatı sevən Gültəkin Milli Məclisə deputat seçildiyi dairə ilə heç əlaqə saxlamır, oradakı əhalinin vəziyyəti ilə maraqlanmır, problemlərin həlli ilə məşğul olmurdu. Onun fikri-zikri yalnız və yalnız var-dövlət toplamaq və çirkli əməllərlə məşğul olmaq idi. Bir neçə il bundan əvvələ qayıdaraq o dövrlərdə mətbuatda yazılanlara diqqət etsək, hər şeyi bir daha açıq-aşkar görərik.

Belə ki, AXCP-nin orqanı olan “Azadlıq” qəzetinin 2005-ci il 2-3 oktyabr tarixli sayında “Azadlıq” blokunun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən vahid namizədi Elçin Rzayevin müsahibəsinə diqqət edək: “...İndi dairənin seçicilərini ən çox bir məsələ maraqlandırır. Onlar Gültəkin Hacıyevanın hansı üzlə yenidən namizədliyini bu dairədən irəli sürməsini başa düşə bilmirlər. Özünü "avropalı xanım" sayan Gültəkin Hacıyeva, görəsən Avropanın demokratik dəyərlərinə niyə sayğı göstərmir? Dünənə qədər YAP-çı olan bu xanım birdən-birə dönüb oldu hər addımda söyüb təhqir etdiyi “Milli Şura”çı. Ancaq Azərbaycan cəmiyyəti ilə arasında dərin uçurum olan “Milli Şura”ya üzv olmazdan əvvəl G.Hacıbəyli sən demə müxalifət düşərgəsində təmsil olunan neçə-neçə təşkilatın qapısını döyüb. Getdiyi qapılardan qovulan G.Hacıbəyli nəhayət ki, antimilli ünsürlərin toplandığı “Milli Şura” da lövbər salıb. Necə deyərlər, qazan dığırlanıb qapağını tapıb.

Ancaq bu nankor və əxlaqsızlar bir şeyi unudurlar ki, hansı formada olursa-olsun xalqının qayğısına qalan və ən ağır anlarda belə daima xalqının qayğısını çəkən Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır. Və ermənidən betər olan Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimilər ikiüzlü, satılıb, satan, mənliklərini ayaqlar altına atan erməniqulbeçləridir. Hər ikisinin xisləti nankorluq, satqınçılıq olub. Və bu gün G.Hacıbəyli kimiləri tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Ənənəvi əməllərini davam etdirmək üçün neyləməlidirlər? Böhtan, şər ataraq bu koronavirus əllərinə "göydəndüşmə" olduğundan «məharətlə yaralanmalıdırlar.

O, mənəvi dəyərlərini itirməş əxlaqsız, sürüşkəndir

Bu yerdə G.Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədova 14 ay gəlin olduğu müddətində ona qarşı böyük haqsızlıqlar etdiyini bildirərək, deyib ki, o, mənəvi dəyərlərini itirmiş əxlaqsız, sürüşkəndir: "Bu o Gültəkindir ki, doğma əmisinə "torba" tikdi. Onun əmisi İdris Hacıyevin adına "Emil" MMC açdıraraq, rayonda 20 hektar ərazidə gips karxanasına yiyələnmişdi. Sonra qazancı bölüşdürə bilmədiklərindən, Gültəkinin təzyiqi ilə Göranboy rayon icra hakimiyyətinin məhkəmədə qaldırdığı iddia əsasında İdris Hacıyev "cəzalandırıldı", karxana əlindən alındı. Bundan sonra həmin ərazi Gültəkin Hacıyevanın atası Yunis Hacıyevin adına açılmış "Gülüstan" MMC-nin icarəsinə verildi. Doğmasına qarşı nankorluq, xəyanət edən Gültəkin xalqına da, Vətəninə də bu cür addımlar atar, necə ki, indi bu çirkin yoldadır. Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə, nə doğmaları. Onun məramı-məqsədi şəxsi mənafeləri üçün insanları şərləmək, kələk gəlmək və sair. O, mənəvi dəyərlərini itirmiş əxlaqsızdır. İkiüzlü, sürüşkən, xain, anormal G.Hacıbəyli elə Əli Kərimli, Cəmil Həsənli kimi satqınların, ikiüzlülərin yanıda olar. Belələri ən ağır cəzaya məhkumdur".

Bax, simasız, satqın, əxlaqsız buna deyərlər. Doğurdan da, qadının rəzil olması bədbəxtçilikdir. Çamura batmış G.Hacıbəyli pula görə həya nə demək olduğunu belə anlamır. İndi də G.Hacıbəyli, guya xalqın “dərdinə yanır”.

Gültəkin Hacıbəyli ənənəvi "missiyasının" davam etdirir

Bəli, elə maraqlısı da budur ki, istər seçkiəvvəli, istərsə də seçkidən sonra dələduzluq "missiyasına" "sadiq" qalaraq "demokratiya boğulur", "haqqınızı tələb edin" çağırışları etməklə bir daha simasızlığının göstərməkdədir. Belə olan halda, soruşmaq istərdik ki, nankor deputat seçildiin dövrlərdə demokratiya boğulmurdu, indi bu gün belə böhtan deməklə özünü düşərgə sakinlərinin qarşısında "təmizə" çıxarmaq istəyirsən?. Ancaq bir anlığa G.Hacıbəylidən soruşmaq istərdik ki, "demokratik" anlayışın nə demək olduğunu başa düşürsənmi? Əgər başa düşsəydin, o zaman icazəsiz mitinqlər çağırışı etməzdiniz. Bir də G.Hacıbəyli kimi "demokratlar" anlamalıdır ki, öz vətəndaşlarının rahat yaşamasına xüsusi diqqət və qayğı ilə yanaşan dövlətimiz müxalifətin icazəsiz mitinqlərinin qarşısını alırsa və onları insanları narahat etməyə qoymursa, sizcə, bu, demokratiyanın pozulmasıdır? Bir də soruşmaq istərdik Ə.Kərimli, A.Hacılı, G.Hacıbəyləi, C.Həsənli, Leyla Yunus və bu kimi dələduzlar müəyyən qərb diplomatik nümayəndəliklərinə yalan məlumatlar verməklə nəyəsə nail olacaqlar. Bu mümkün deyil! Çünki Azərbaycan hüquqi dövlətdir, hər gəs də qanunlara riayət etməlidir.

Görününr, G.Hacıbəyli hələ çox havalanacaq, çünki o, Əli Kərimli kimi satqın şinelindən çıxmış rəzil, keçmiş qayınanasının dediyi kimi- əxlaqsız, satqın və cinayətkardır. Və ona görə də hamını satqın adlandırır. Bu yerdə kor-kora kor deməsə, doğurdan da bağrı çatlar. Bəlkə utanasan. Utanmağa üz olarsa. Sosial şəbəkələrin daimi klenti G.Hacıbəyli dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olmadığını bir oturub düşünəsən? Adamın yazığı gəlir. Bunu anlaya bilməzsən. G.Hacıbəylinin keçmiş qaynanasının dediklərini eşidəndə bir daha bu qadının nə qədər mənəviyyatsız və satqın olduğunnu şahidi olursan.

Bəs müxalifətin seçdiyi bu yolun sonu varmı?

Var - uçurum, xalqın nifrəti, tənəsi! Və bu gün cəsus, minsifətli G.Hacıbəyli bütün bunlardan niyə ibrət dərsi almır?. Bəlkə elə zənn edirsən ki, Leninin oktyabr inqilabı kimi, nəyəsə nail olacaqsınız?. Doğurdan da, çox abırsız və mənəviyyatsınız. Həyasızlıq bu qədər də olmaz. Amma nə Əli Lenindi, nə də sən "demokrat". Hər ikiniz və özünüh kimilərin bir adı var: NANKORLAR!

Çünki sabit və dinc ölkədə hər kəs öz imkanlarına uyğun güzərana sahibdir. İslahatlar dövrünün faydasını öz həyatında hiss etməyə başlayan orta statistik vətəndaş dövləti özününkü sayır. Ölkə rəhbərinin islahatlar paketindən real fayda götürən sadə vətəndaş sabahı gözləyir.

G.Hacıbəyli kimilər isə öz şəxsi ambisiyalarının düşünür.

Beləliklə, sözümün canı ondadır ki, bu siyasətə qoşulan sosial şəbəkə quldurları heç əslində siyasətin nə demək oldduğunu belə anlamırlar. Çünki yollarını azıblar. Bax, elə bəla də bundan sonra başlayır. Qudrurub quduzlaşırlar. Nəticədə də nə cəmiyyət, nə də ictimai rəy belələrini qəbul etmir. Çünki hər kəsə çox gözəl bəllidir ki, G.Hacıbəyli kimi üzüdönüklərdən, yollarını azanlardan fərli adam olmaz...

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə