ULU ÖNDƏR HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİNİN BİRBAŞA VƏ DOLAYI MƏNASI

Azərbaycanda tarixi inkişaf proseslərinin gedişi xüsusiyyətlərində birinin digərinə münasibətləri çərçivəsində qalmayıb, ardıcıl olaraq həmişə dəyişmişdir. Əgər ölkədə XIX əsrin ikinci yarısından sonra milli, dini mənsubiyyətinə görə iyirminci yüzillikdə artıq bəşəri, dünyəvi məzmun, mahiyyət və vacibliyilə dəyərləndirilirsə, XXI əsrdə isə yeni sistemin-yəni biopsixogenetik quruluşun əsası qoyulmuşdur. Heydər Əlirza oğlu Əliyev demək olar ki, yuxarıda sadalanan iki pillənin əsasını qoymasına və möhkəmlənməsinə bilavasitə güclü təsir etmişdir. Buradakı məna dəyərindən belə nəticə cıxarmaq olar ki, Ulu Öndər Heydər Əliyev təhlil olunan sistemə motivasiya, təlabat, vaciblik, insaniyyətlik, maraq, dözümlülük, qabiliyyət, mənlik şüuru kimi komponentlər əlavə etmiş oldu. Yeni tarixi təkamüllərin gedişində artıq konfliktlər, ziddiyyətlər, gərginliklər mərhələsində Ulu Öndər Heydər Əliyev tərəfindən konturları çızılmış müasir inkişafda tamamıilə yeni xətt və imkanların istiqamətləri görünməkdədir. Bu səbəbdəndəmüasir Azərbaycan cəmiyyətində Ulu Öndər Heydər Əliyevin qabaqcadan söylədiyi fikir və mülahizələr əsasında yeni elmi ənənələr saf və incə harmonik inkişaf yollarının sistemləşdirməsinə cəhdlər edilir. Mənəviyyat, dərketmə və qarşılıqlı yanaşma kimi iri istiqamətli sahələr yeni qüvvə, məlumat informasiyalarla uygunlaşdırılır. Ulu Öndər Heydər Əliyev sərhədlərdən asılı olmayaraq indiki mərhələnin xüsusiyyətlərini əks etdirən metod, metodika və metodologiya sistemi işləmişdir: a) Vahid formada təkcə baş verənlər deyil, sıx və bir-birini tamamlayan, siyasi, iqtisadi, ictimai və sosial amillərin tarixi dayaqları təsir sayəsində öyrənilmişdir. b) Müasir mərhələnin qayəsinin metodologiyası türk mədəniyyəti konteksində islahatlar, birləşməyə meyillilik və demokratikləşmə ön plana kecməlidir c) Yeni insan tərbiyyəsi. Ulu Öndər Heydər Əliyev şəxsiyyətində üç məqsədə nail olunmaq tələb olunur: Həqiqəti axtarmaq, təhlil etmək və onu yalnışdan fərqləndirmək. Dahi Öndərimiz Heydər Əliyev müdrikcəsinə dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdırdı. O bildirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən izsiz olaraq silmək üçün onun dilini, mədəniyyətini, tarixini əlindən almaq kifayətdir. Böyük şəxsiyyətlər tarixin yaradıcıları sayılırlar. Hər bir xalqın tarixində şəxsiyyətin yeri, həlledici rolu danılmazdır. Xalqın böyüklüyü həm də bəşər tarixinə bəxş etdiyi dahilərlə ölçülür. Əgər belə böyük simalar yaranmasaydı, bu gün insanlıq tarixi nə qədər kasıb görünərdi. Tarix özünün yaratdığı dahi şəxsiyyətlərin ideyaları və əməlləri əsasında qərar tutur. İnkişafın şərəfli yolunu keçmiş və ya bu yolda olan xalqların tarixi deyilənləri əyani sübut edir. Müasir Azərbaycan tarixi dedikdə ilk öncə gözümüz önündə ulu öndərimiz bütün varlığı ilə xalqına böyük məhəbbətlə bağlanmış olan Ulu Öndər Heydər Əliyev canlanır. O özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyurdu: “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, azərbaycanlıyam”.

Ruhiyyə Şıxıyeva

Xəzər rayonu Buzovna qəsəbəsi 26 saylı tam orta məktəbin Tarix müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə