Azərbaycan–Gürcüstan - möhkəm təməl üzərində qurulan dostluq

Prezident İlham Əliyev: “Bizim birgə layihələrimiz regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişib”

Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplomatik siyasətinin reallığıdır. Məhz İkinci Vətən müharibəsinin 44 gün ərzində 30 il işğalçı Ermənistandan azad olunan torpaqlarımız müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın dövlət başçısına olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, həmçinin dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, həmçinin qonşu dövlətlər - Rusiya, İran və Gürcüstanın və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi, həmçinin, bir çox dövlətlər, beynəlxalq təşkilatlar Ali Baş Komandanımız, Prezident İlham Əliyevin son 18 illik Prezidentlik fəaliyyəti dövründə həyata keçirilən xarici siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə bu sahədə geniş təcrübəyə malik bir dövlətdir.

Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının mayın 5-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbulu zamanı iki qonşu dövlətlər arasında dostluq əlaqələrinin uzun tarixə əsaslandığını deyib.

“Azərbaycan və gürcü xalqları arasında münasibətlər uzun tarixə əsaslanır, əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslanır”

Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edərkən söyləyib ki, iki qonşu ölkələr arasında münasibətlər uzun tarixə əsaslanır: “Azərbaycan və gürcü xalqları arasında münasibətlər uzun tarixə əsaslanır, əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslanır. Hesab edirəm ki, bu, böyük dinamikanı nümayiş etdirən və faktiki olaraq bir çox sahələri əhatə edən cari münasibətlərimizin inkişafı üçün çox yaxşı zəmindir”. İki ölkənin birgə enerji və nəqliyyat layihələrini dəyərləndirən dövlətimizin başçısı deyib: “Bu layihələr regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişmişdir. Ölkələrimiz arasında güclü tərəfdaşlıq olmasaydı, bu layihələrin icrası mümkün olmazdı”,-deyən Azərbaycan Prezidenti onu da vurğulayıb ki, Cənubi Qafqaz regionunda yox, daha geniş Avrasiya regionunda ümumi inkişaf, sabitlik, proqnozlaşdırma, əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir: “Ötən ilin sonuncu günü Cənub Qaz Dəhlizi layihəsinin icrasının sonuncu günü idi. Bu layihə təkcə Cənubi Qafqaz regionunda yox, daha geniş Avrasiya regionunda ümumi inkişaf, sabitlik, proqnozlaşdırma, əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Bir daha qeyd edirəm, bizim əməkdaşlığımız olmasaydı, bu, mümkün olmazdı. Buna görə, bu vacib layihənin icrasına davamlı dəstək göstərdiyinə görə Gürcüstan hökumətinə dərindən minnətdaram. Bizim birlikdə start verdiyimiz bütün digər təşəbbüslərin də yaxşı uğur hekayəsi var. Əminəm ki, gələcəkdə də belə olacaq”.

“Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir”

“Mən indicə bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir. Bu da, həmçinin çox müsbət və əlverişli investisiya mühitinin yaradılmasında sizin hökumətinizin həyata keçirdiyi islahatların yaxşı göstəricisidir»,-deyən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan şirkətinin Gürcüstanda çalışmaq istədiyini söyləyib: «Bilirəm ki, daha da çox Azərbaycan şirkəti sizin ölkənizdə çalışmaq istəyir və əminəm ki, bu, baş verəcək. Bu gün biz, əlbəttə ki, nail olduqlarımızı nəzərdən keçirəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq”.

Göründüyü kimi, iki ölkələr arasında dostluq və əməkdaşlığın gücləndirilməsində ən əhəmiyyətli amil xalq diplomatiyası, iki qardaş xalq arasında əsrlərcə davam edən birgə yaşama və mədəni mübadilə ənənəsidir.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətində daha böyük uğurlar qazanılması günümüzün reallığıdır.

Bir sözlə, bütün bunlar bir daha təsdiqləyir ki, möhkəm təməl üzərində qurulan Azərbaycan–Gürcüstan dostluğu sarsılmazdır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə