Bolqarıstan prezidenti Rumen Radev parlamenti buraxacağını və növbəti parlament seçkilərini 11 iyul tarixinə təyin etmək istədiyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosundan məlumat yayılıb.
"Gələn həftə öz fərmanımla Xalq Məclisini buraxacağam və bir müvəqqəti xidmət hökuməti təyin edəcəyəm. Bu vəziyyətdə seçkilərin 11 iyul tarixində keçirilməsi gözlənilir", deyə prezidentin sözlərini Bolqarıstan Milli Radiosu yayımlayıb.
Sözügedən radioda yayımlanan məlumata görə, prezident qərarından əvvəl Bolqarıstan Sosialist Partiyasına hökuməti qurma səlahiyyətini verib, lakin siyasi qüvvənin lideri Korneliya Ninova imtina edib. O, "kabinet qurmaq üçün obyektiv bir fürsət" olmadığını vurğulayıb.
Radionun xəbər verdiyi kimi, Radev 11 may tarixində Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin təyin edilməsi ilə bağlı bir fərman verəcəkdir.
Xatırladaq ki, bu hal, Bolqarıstanın müasir tarixində ilk dəfədir və Milli Məclisin yeni tərkibinə erkən səsvermə əvvəlki parlament seçkilərindən bir neçə ay sonra keçiriləcəkdir. Bundan əvvəl parlament seçkilərində kiçik bir fərqlə qalib gələn partiya, hökumət qurmaq üçün prezidentlik mandatını alıb, amma həyata keçirə bilməyib. Sonra "Belə bir xalq var" partiyası da hökumət qurmaqdan imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB