Rusiyanın paytaxtı Moskvada bir sıra gizli görüşlər keçirən \"Həmas\" və \"Fəth\" 1967-ci ildən əvvəlki sərhədlər daxilində Fələstin dövləti istəyir. SİA-nın Türkiyənin gazete.com saytına istinadən verdiyi xəbərə görə, \"Fəth\" Mərkəzi Komitəsinin üzvü Əzzəm Əl Əhməd ABŞ prezidenti Barak Obamanın Fələstin dövlətinin sərhədləri ilə bağlı çıxışından məmnun olmadığını ifadə edib: \"ABŞ Fələstin dövlətini 4 iyun 1967-ci ildəki sərhədlər daxilində tanıdığı fikrini ilk dəfə bəyan etmir. Bunun nə olursa olsun müsbət bir siqnal olduğunun deyilməsi lazımdır. Ancaq çox təəssüf ki, bu son dərəcə yetərsizdir, çünki Qüdslə bağlı heç bir fikir söylənilmir\". Fələstin dövlətinin sərhədlərinin 1967-ci ildən əvvəlki vəziyyətinə gəlməsini istədiklərini deyən Əl Əhməd "Ancaq biz müstəqilliyin elanı mövzusunda təktərəfli hərəkət etmək istəmirik" şəklində bəyanat verib. \"Həmas\"ın yüksək dairələrində təmsil olunan Əbu Marzuk da Moskvada \"Fəth\" nümayəndələri ilə birlikdə təşkil edilən mətbuat konfransında \"Həmas\"ın İsraili tanımayacağını söyləyib: "FƏT-in İsrailin müstəqilliyini tanımasının tarixi bir səhv olduğunu söyləməyə mənə icazə verin. Çünki buradakı mövzu bir dövlətin bir başqa dövləti tanıması deyildir. Tanıma ikitərəfli olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB