"Bayden ABŞ konqresində ermənipərəst konqresmen kimi tanınıb" POLİTOLOQDAN AÇIQLAMA

"Bayden ABŞ konqresində ermənipərəst konqresmen kimi tanınıb" POLİTOLOQDAN AÇIQLAMA

"ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı "soyqırım" ifadəsini işlətməsi siyasi əsaslara söykənir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloqun sözlərinə görə, şüübhəsiz ki, bu məsələnin arxasında tam olaraq, siyasi məqsədlər dayanır: "Co Bayden öz şəxsi maraqlarını güdür. Atdığı addım da Amerika xarici siyasət strategiyasının hədəfi kimi deyil, Co Baydenin administrasiyasının xarici siyasət strategiyasının hədəfi kimi götürülə bilər. Çünki Co Baydenin bu addımı atmaqda əsas məqsədi odur ki, gələcək seçkilərdə də məhz erməni lobbisinin dəstəyini ala bilsin. Bununla da növbəti illər üçün hakimiyyətdə qalmaq imkanı əldə etsin. Lakin bunu o qədər də uğurlu hesab etmək olmaz. Türkiyə ilə ABŞ arasında uzun illərə söykənən strateji əməkdaşlıq mövcuddur. Bu istər regional təşkilatlar səviyyəsində, istər beynəlxalq təşkilatlar səviyyədə olsun fərqi yoxdur. ABŞ-ın idarəetmə mexanizmində əsas aktyorlar yəni strateqlər yaxşı başa düşürlər ki, ABŞ-ın gələcəyi üçün yəni bu regionda xüsusən də Yaxın Şərqdə, Cənubi Qafqazda, Mərkəzi Asiyada hətta Şimali Afrikada belə ABŞ-ın gələcək perspektivlərinin, maraqlarının qorunması üçün Türkiyənin ona müttəfiq olması olduqca vacib və əhəmiyyətli məsələdir. Yəni Türkiyəsiz ABŞ-ın nə Yaxın Şərqdə, nə Cənubi Qafqazda, nə Mərkəzi Asiyada, nə də Şimali Afrikada möhkəmlənməsini demək biraz çətindir. Hətta mən deyərdim ki, Balkanlarda da ABŞ-ın möhkəmlənməsi ancaq Türkiyəyə bağlıdır. Bu məsələdə Türkiyənin qazancı daha çox oldu. Çünki artıq Türkiyə ABŞ-dan daha müstəqil xarici siyasət xətti yürütməyə çalışacaqdır. Bu əsasən qeyd etdiyim regionlarda Türkiyənin nüfuzunu daha da artıracaqdır".

Samir Hümbətov həmçinin sözlərinə bunları əlavə edib: "Hesab edirəm ki, Co Baydenin atdığı bu birinci addım hesab oluna bilməz. Çünki o, ABŞ konqresində ermənipərəst konqresmen kimi tanınıb. Co Baydenin atdığı addımların kökündə erməni lobbisinə bağlılıq durur. Hətta bu yaxın günlərdə onun 11 il bundan öncə erməni əsilli ABŞ vətəndaşı ilə dialoqu da yayıldı. Burdan da görünür ki, Co Baydenin müstəqil fikri yoxdur. Məhz kiminsə diqtəsi altında hərəkət edir. Türkiyə bundan sonrakı dövrdə ABŞ-la münasibətlərinə yenidən baxacaq. Yaxın Şərqdə, Cənubi Qafqazda, Mərkəzi Asiyada hətta Balkanlarda belə Türkiyənin özünün xarici siyasət strategiyasını müəyyən edib, ABŞ-dan müstəqil şəkildə davam edəcəyinin şahidi ola bilərik və Türkiyə-ABŞ münaibətlərinin bundan sonra yeni mərhələyə keçəcəyini gözləmək olar. Hesab edirəm ki, bu məsələdə məhz qardaş ölkə olaraq Azərbaycanın da Türkiyəyə dəstək verməsi də ABŞ üçün xoşagəlməz hesab oluna bilər. Türkiyənin də bundan sonra üzünü Qərbdən Şərqə çevirəcəyi heç kimdə şübhə doğurmur. Türkiyənin əsas strateji hədəfi məhz Rusiya və Çinlə yəni şərq ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək olacaqdır. Bu məsələdə Türkiyənin itirəcəyi heç bir şey yoxdur. Təbii ki, bu "erməni soyqırımı" məsələsi sabiq prezident Ronald Reqanın dövründə də bir dəfə dilə gətirilib. İstər Co Bayden olsun, istər başqa bir digər prezidentlər olsun dilindən işlətdiyi ifadə məhz Amerikanın rəsmi mövqeyidir. Çünki burada elə bir məsələ var ki, Yəni ABŞ-ın rəsmi şəkildə onu tanımağı üçün qanunverici orqana çıxarılmalıdır. Bu qəbul edilməlidir. Ondan sonra bu elan oluna bilər və ABŞ dövlətinin rəsmi fikri kimi qəbul oluna bilər. Co Baydenin atdığı bu addm Türkiyəyə deyil də məhz Amerikanın özünə ciddi ziyan dəyəcək. Bunun da növbəti dövrlərdə canlı şahidi olacayıq".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə