“Özümüzə zərər verməsək, kimsə zərər verməz” Robert Koçaryan

“Özümüzə zərər verməsək, kimsə zərər verməz” Robert Koçaryan

"Əhalisinin 25-30 faizinin kənd təsərrüfatında çalışdığı bir ölkədə kənd təsərrüfatı nazirinin olmaması sadəcə rüsvayçılıqdır. Bu sahədə ayrıca siyasət hazırlayan bir qurum yoxdur. Bu nazirliyi bərpa etmək lazımdır". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan tərəfdarları ilə görüşündə deyib.

Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryanın "facebook" səhifəsində istifadəçilərin suallarını da cavablandırıb.
Öz insanlarınızdan incimək nankor bir işdir. Bir problemlə qarşılaşırsınızsa, ilk növbədə özünüzə bir sual verməlisiniz. İnsanların problemlərini həll etmək, həyat səviyyələrini yüksəltmək üçün mən gəlməliyəm. Özümüzə zərər verməsək, kimsə zərər verməz", deyə Robert Koçaryan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə