“Yayılan xəbərlər hələ təsdiqini tapmayıb” POLİTOLOQ RƏY BİLDİRDİ

“Yayılan xəbərlər hələ təsdiqini tapmayıb” POLİTOLOQ RƏY BİLDİRDİ

"Azərbaycanda paradı yalnız bir ölkənin ordusu keçirə bilər, o da Azərbaycan Ordusudur". Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, 9 mayla bağlı yayılan xəbərlər hələlik təsdiqini tapmayıb: "Bununla bağlı müxtəlif şaiyələr gəzir və ola bilsin ki, bəzi məlumatlara görə Xankəndində, Rusiya sülhməramlılarının olduğu ərazilərdə kiçik bir rus qrupu, silahsız, əllərində kalaşnikov avtomatları ilə bir qədər yürüş etsinlər, hansıki, bununla bağlı müxtəlif məlumatlar kütləvi informasiya vasitələrində dolaşmaqdadır.

Hər halda biz onun şahidiyik ki, Azərbaycan və Rusiya arasındakı münasibətlərin korlanmasını istəyən qüvvələr var gücləri ilə çalışırlar. Eyni zamanda Azərbaycan həm Rusiya istiqamətindən, həm də Fransa və ABŞ istiqamətindən ciddi şəkildə artıq post-müharibə dövründə təzyiqlərlə üzləşir. Bu isə o deməkdir ki, Azərbaycan, Türkiyə, Pakistan, İsrail arasında hərbi əməkdaşlıq daha da genişlənməlidir və gələcəkdə müəyyən anlarda biz təbii ki, artıq başqa vəziyyətlərin də şahidi ola bilərik. Hər halda Azərbaycan dövləti lazımi tədbirləri görür və nəyin necə olmasından asılı olmayaraq, biz, son nöqtəni məhz Azərbaycanın dövlət maraqlarını reallaşdırması ilə üz-üzə olacağını görməkdəyik.

O ki, qaldı rus sülhməramlılarına, onların fəaliyyəti ilə bağlı ümumiyyətlə, bir sıra sual doğuran məqamlar var ki, bu məqamlar öz həllini yaxın gələcəkdə tapmalıdır və 20 iyundan sonra üçtərəfli bəyanatın reallaşmasına mane olan bütün amillər aradan qaldırılmalıdır”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə