Xerson Regional Şurasının millət vəkilləri yığıncaq zamanı Rusiya bayrağının olduğu plakata görə dava salıblar. SİA xəbər verir ki, bu barədə kherson.net.ua məlumat yayıb.
Məlumatda qeyd olunur ki, “Həyat Üçün Müxalifət Platforması”ndan olan deputat, Yeqor Ustinovun çıxışı, “Avropa Həmrəyliyi” fraksiyasının nümayəndəsi Sergey Xlan tərəfindən kəsilib və nümayəndə ona yaxınlaşaraq "İşğalçının ortağı" yazısı və Rusiya bayrağının şəkli olan afişanı onun boynuna asmağa çalışıb. Bu zaman Ustinov həmkarını itələyib və aralarında toqquşma baş verib. Nəticədə, " Həyat Üçün Müxalifət Platforması" millət vəkilinin tərəfdaşlarından biri Xlanı kənara itələyib onu yerində oturdub.
Qeyd olunur ki, bundan sonra Ustinov çıxışına davam edib və Xlanın davranışının millət vəkili üçün qəbuledilməz olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB