Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutu ilə AzTEST arasında Anlaşma Memorandumu imzalanıb
Mayın 24-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutu (KTR) ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutunun prezidenti Ço Gi Sonq və Təcrübə-Sınaq Mərkəzinin direktoru (AzTEST) Vidadi Hüseynov imzalayıb.
Komitədən SİA-ya verilən xəbərə görə, sənədə əsasən tərəflər istiqamətlər üzrə əməkdaşlıq, məhsulların və xidmətlərin sertifikatlaşdırılması sahəsində əməkdaşlığın inkişafı, məlumat mübadiləsi və digər məsələlər barədə razılığa gəliblər. Bu sahədə təcrübəyə malik olan Cənubi Koreya ilə birgə Azərbaycanda tibbi və məişət avadanlıqlarının sınağı laboratoriyalarının inşasına dair razılıq da əldə olunub. Bununla əlaqədar gələn ay Komitə rəsmilərinin Cənubi Koreyaya səfəri planlaşdırılıb.
Məlumat üçün bildirək ki, 23 may 2011-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutunun prezidenti Ço Gi Sonq arasında görüş olub. Görüşün əsas mövzusu iki qurum arasında sınaqlar və sertifikatlaşdırma sahəsində əməkdaşlığın qurulması, məlumat mübadiləsi, kadr hazırlığı və digər məsələlər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB