YAP Suraxanı rayon təşkilatının nümayəndələri əsgər ailəsini ziyarət ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri əsgər ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Bülbülə qəsəbəsi sakini olmuş, Vətən Müharibəsində itkin düşmüş əsgər Feyzullayev Aydın Zakir oğlunun ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar. Söhbət əsnasında xalqımıza Zəfər bəxş etmiş Müzəffər ordumuzun şücaəti, eyni zamanda əsgər–zabitlərimiz sırasından şəhid və qazilərimizin, o cümlədən 20-dən artıq itkin düşmüş övladlarımızın da olması təəssüflə vurğulanmışdır. Ağır döyüş şəraitində keçən müharibədə xüsusilə ağır artilleriya atəşləri nətiəsində şəhid olmuş övladlarımızın bir qisminin cəsədlərinin DNT analizi nəticəsində müəyyən olunaraq ailələrə təhvil verilməsi mümkün olsa da, bu günədək bəzi döyüşçülərimiz haqqında məlumatın olmaması onların ya əsir düşmələri, ya da cəsədlərinin minalanmış ərazilərdə olmaları səbəbindən itkin statusu almaları ilə kifayətlənmişdir.

İtkin düşmüş əsgərin atası Zakir Feyzullayev Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə sonuncu dəfə görüşü zamanı bütün müvafiq dövlət qurumlarının bu işə cəlb olunmaları və itkin əsgərlərimizin tapılıb ailələrinə verilməsi üçün zəruri tədbirlərin görülməsi haqqında məlumat verdiyini bildirmişdi.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə