Putin və Merkel müzakirələr aparıblar Donbass və Suriya ilə bağlı
Rusiya prezidenti Vladimir Putin, Almaniya baş naziri Angela Merkel ilə telefon danışıqları aparıb və onunla Donbasdakı vəziyyəti müzakirə edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Ukraynanın daxili böhranının həlli ilə bağlı fikir mübadiləsi apararkən Rusiya prezidenti və Almaniya kansleri Ukraynanın cənub-şərqində gərginliyin artmasından narahatlıqlarını ifadə ediblər. Vladimir Putin son zamanlar vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirən Kiyevin təxribatçı hərəkətlərinə diqqət çəkib", deyə Kremlin mətbuat xidmətindən bildirilib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB