“Rusiya Qarabağdakı münaqişəni qorumağa çalışır” ABŞ Dövlət Departamenti

“Rusiya Qarabağdakı münaqişəni qorumağa çalışır” ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti Rusiyanın Dağlıq Qarabağ münaqişəsini həll etmək əvəzinə onu qorumağa çalışdığını iddia edir. SİA xəbər verir ki, müvafiq nöqteyi-nəzəri və fikirləri çərşənbə günü Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent söyləyib.
O, Vaşinqtonda yerləşən “Türk Mirası” qeyri hökumət təşkilatının təşkilatçılığı və ev sahibliyi ilə keçirilən bir veb seminarda çıxış edib.
"Azərbaycan hakimiyyət orqanlarının Rusiya sülhməramlılarının Dağlıq Qarabağda uzun müddət qalacağı kimi görünməsindən narazı qalacağını gözləyirəm", deyib Kent.
Eyni zamanda, o, Dağlıq Qarabağdakı vəziyyəti təsvir edərək, əslində, Rusiyanı münaqişəni uzatmaqda günahlandırıb.
"Bu, Rusiyanın Qarabağdakı münaqişəni öz xeyrinə dəyişməsi və problemi həll etmək üçün ölkələrin irəliləməsinə imkan vermədən necə manipulyasiya etməsidir ki, kifayət qədər bədbin olsa da, lakin bəlkə də real qiymətləndirmədir", deyə Kent bildirib.
Eyni zamanda, Kent, ABŞ-ın Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ üzərində hərbi əməliyyatların dayandırılmasını alqışladığına əminliyini ifadə edib. "Biz hamımız keçən ilin noyabrında Rusiya Prezidenti Vladimir Putinin atəşkəs şərtlərini irəli sürdüyü zaman döyüşlərin bitməsini alqışlayırıq", deyib Corc Kent.
Amerikalı diplomatın nöqteyi-nəzərinə görə, "təhlükəsizlik baxımından böyük bir problem qalır ki, Dağlıq Qarabağ münaqişəsinə iki ölkənin son status barədə yekun razılığa gəlməsinə imkan verəcək şəkildə necə yanaşmaq lazımdır".
Azərbaycan müharibədə qalib gəlmiş kimi qəbul edilə bilər. Lakin bu, böhranın həllinə gətirib çıxarmır”, deyə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini izah etməyə çalışıb.
Onun sözlərinə görə, bu günə qədər ATƏT-in Minsk Qrupu, “ABŞ, Fransa və Rusiyanın birgə rəhbərlik etdiyi həmsədrlər prosesi” çərçivəsində nizamlanma davam edirdi.
“Hesab edirəm ki, bu mexanizm bəzi çətinliklərlə qarşılaşır. Davam etməyimizə həqiqətən maraq varmı?", deyə diplomat sual edib.
Onun fikrincə, Minsk qrupu "hər iki ölkənin özlərinin razılığa gəlməyə kömək edəcək mexanizmə icazə verməyə hazır olduqları halda açar olaraq qalacaq".
"Rusiyanın niyyəti başqa bir açıq sual olaraq qalır", deyir Kent. “Rusiya Minsk Qrupu həmsədrlərinin mexanizmi ilə atəşkəs şərtlərinə dair razılıq istəməməyə qərar verib. Bunu birbaşa üçtərəfli formatda da təmin edib”, deyə o əlavə edib.
O, “Ermənistan və Azərbaycan sülh yolu ilə nizamlanmağa və Minsk Qrupu həmsədrləri prosesinin səlahiyyətlərindən istifadə etməyə nə dərəcədə sadiqdirsə, ABŞ iki ölkəyə irəliləyiş yolu tapmasına kömək etməkdə sadiqdir və sadiq qalır”, deyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə