"Ermənistan pis xəbər gözləməlidir" -Ekspert

Qazın qiyməti ilə əlaqədar olaraq, Ermənistanın çox güman ki, pis xəbərlər gözləməsi lazımdır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu 7 aprel tarixində jurnalistlərlə görüşdə Daşnaksütyun Bürosunun İqtisadi Tədqiqatlar Ofisinin proqram koordinatoru, iqtisadçı Tadevos Avetisyan söyləyib.

Ekspert Ermənistanın sərhəddə 1000 kubmetri 165 dollardan qaz aldığı müqavilənin müddətinin bitdiyini xatırladıb. "Yaxşı bir xəbər olsaydı, səlahiyyətlilər bu mövzuda səs-küy salar, özlərini reklam edərdilər", deyə ekspert vurğulayıb.

Avetisyanın izah etdiyi kimi, qaz qiymətlərindəki artım yeni inflyasiya təzyiqlərinə səbəb olacaq.

Xatırladaq ki, 1 yanvar 2019-cu ildən etibarən Gürcüstan və Ermənistan sərhədində Rusiya qazının qiyməti 1000 kubmetr üçün 165 dollar həddindədir. Amma bu hədd daimi olaraq qəbul edilməyib və xüsusi müqavilə ilə müddətlidir. Diqqətə çatdıraq ki, həmin müqavilənin də müddəti artıq bitməkdədir. Elə bu səbəbdən də Ermənistanda həyəcan təbili çalınır. Heç şübhəsiz ki, münasibətləri tamamilə dağılmaqda olan Rusiyanın həmin müqavilənin vaxtı bitdikdən sonra qazın qiymətini qaldıracağı təkzib edilə bilməz. Məhz bu səbəbdən də ekspert, Ermənistan “pis xəbər” gözləməlidir, deyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə